Bizə yazın

Baku

-°C

USD

-

"Putin İstanbul danışıqlarına qatılmayacaq" - Peskov

Dünya 15 May 2025, 14:00

345

Rusiya prezidenti Vladimir Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılmayacaq.

CityPost.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Putinin danışıqlara qatılması ehtimalının olub-olmaması ilə bağlı suala Peskov “Xeyr” cavabını verib.

Jurnalistlərlə keçirdiyi brifinqdə Peskov daha əvvəl bildirib ki, mayın 14-də axşam Putin danışıqlara hazırlıqla bağlı görüş keçirib. Görüşdə danışıqlar qrupunun üzvlərindən başqa, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, FSB rəhbəri Aleksandr Bortnikov iştirak ediblər.
“Görüşdə xüsusi hərbi əməliyyat zonasındakı qrupların bütün komandirləri də iştirak edib”, - Peskov əlavə edib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistanda bir neçə polis əməkdaşı mənimsəmə cinayətinə görə həbs edilib 

Ermənistanda bir neçə polis əməkdaşı onlara etibar edilmiş əmlakı külli miqdarda mənimsəməkdə ittiham edilərək həbs olunublar.Bu barədə “NEWS.am” məlumat yayıb.Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib. Lakin həbs edilənlərin sayı açıqlanmır.

17 May 2025, 09:55

Dünya Bankı Suriyaya yardımı bərpa edib 

Dünya Bankı Qətər və Səudiyyə Ərəbistanının Suriyanın maliyyə qurumuna olan təxminən 15,5 milyon dollarlıq borcunu qaytarmasından sonra Dəməşqə yardım proqramlarını bərpa edib.Bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.“Suriya Ərəb Respublikasının təqribən 15,5 milyon ABŞ dolları məbləğində borcu bağlanıb. Borcun silinməsi üçün ödəniş Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövləti tərəfindən həyata keçirilib. Beləliklə, Dünya Bankının müvafiq əməliyyat siyasətlərinə uyğunluq şərti ilə ölkənin yeni əməliyyatlar üçün hüququ yenilənib”, - bəyanatda deyilir.Birinci proqram ölkə sakinlərinin elektrik enerjisinə çıxışını təmin etmək məqsədi daşıyacaq və bank təcili ehtiyacları ödəmək, uzunmüddətli inkişafa sərmayə qoymaq üçün Suriya hökumətinə yardımın həcmini tədricən artırmağı planlaşdırır.Xatırladaq ki, Qətər...

17 May 2025, 09:41

FETÖ əməliyyatı: 101 nəfər saxlanıldı  

Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 101 nəfər saxlanılıb.

16 May 2025, 12:44

Almaniya Putinin danışıqlar masasına oturmasını istəyir 

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya prezidenti Vladimir Putini öz mövqeyinə yenidən baxmağa və İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyə çağırıb.

15 May 2025, 17:17

"Yeni deportasiya yoxdur, xalqımız geri dönməkdə qərarlıdır" - HƏMAS

Həmas, Fələstin xalqının 1948-ci ildəki Nəkbə (Böyük Fəlakət) kimi bir daha deportasiya edilə bilməyəcəyini və İsrailin 19 aydır Qəzza zolağında həyata keçirdiyi soyqırıma baxmayaraq, xalqın müqavimət və geri qayıtma haqqına qətiyyətlə bağlı olduğunu vurğulayıb.

15 May 2025, 17:00

Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi düşünəcək

ABŞ prezidenti Donald Tramp deyib ki, çoxları ondan 2028-ci ildə yenidən prezidentliyə namizəd olmasını xahiş edir və o, bu barədə düşünəcək.

15 May 2025, 16:44