Bizə yazın

Baku

-°C

USD

-

Fidan Ukraynadakı nizamlamadan danışdı

Dünya 15 May 2025, 14:49

413

"Ukraynada münaqişənin həlli məsələsində fürsət pəncərəsi açılıb, NATO ölkələri nizamlanma prosesinə mümkün dəstəyi müzakirə edəcək".

CityPost.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan alyans xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısının qapalı hissəsi başlamazdan əvvəl deyib.

"Əlbəttə, Ukraynadakı müharibəni ədalətli və davamlı əsaslarla bitirmək üçün göstərdiyimiz səylər bugünkü müzakirələrimizin mühüm hissəsi olacaq. Hamınız bilirsiniz ki, Türkiyə bu problemin diplomatik yolla həllinin vacibliyini hər zaman vurğulayır. Üç illik dözülməz iztirablardan sonra nəhayət bir fürsət pəncərəsi açıldı.

Ümid edək ki, İstanbuldakı danışıqlar yeni səhifə açacaq. Bugünkü görüşümüz fərdi və kollektiv şəkildə bu prosesi necə dəstəkləyə biləcəyimizi müzakirə etmək üçün mühüm fürsət olacaq”, - deyə Fidan bildirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistanda bir neçə polis əməkdaşı mənimsəmə cinayətinə görə həbs edilib 

Ermənistanda bir neçə polis əməkdaşı onlara etibar edilmiş əmlakı külli miqdarda mənimsəməkdə ittiham edilərək həbs olunublar.Bu barədə “NEWS.am” məlumat yayıb.Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib. Lakin həbs edilənlərin sayı açıqlanmır.

17 May 2025, 09:55

Dünya Bankı Suriyaya yardımı bərpa edib 

Dünya Bankı Qətər və Səudiyyə Ərəbistanının Suriyanın maliyyə qurumuna olan təxminən 15,5 milyon dollarlıq borcunu qaytarmasından sonra Dəməşqə yardım proqramlarını bərpa edib.Bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.“Suriya Ərəb Respublikasının təqribən 15,5 milyon ABŞ dolları məbləğində borcu bağlanıb. Borcun silinməsi üçün ödəniş Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövləti tərəfindən həyata keçirilib. Beləliklə, Dünya Bankının müvafiq əməliyyat siyasətlərinə uyğunluq şərti ilə ölkənin yeni əməliyyatlar üçün hüququ yenilənib”, - bəyanatda deyilir.Birinci proqram ölkə sakinlərinin elektrik enerjisinə çıxışını təmin etmək məqsədi daşıyacaq və bank təcili ehtiyacları ödəmək, uzunmüddətli inkişafa sərmayə qoymaq üçün Suriya hökumətinə yardımın həcmini tədricən artırmağı planlaşdırır.Xatırladaq ki, Qətər...

17 May 2025, 09:41

FETÖ əməliyyatı: 101 nəfər saxlanıldı  

Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 101 nəfər saxlanılıb.

16 May 2025, 12:44

Almaniya Putinin danışıqlar masasına oturmasını istəyir 

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya prezidenti Vladimir Putini öz mövqeyinə yenidən baxmağa və İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyə çağırıb.

15 May 2025, 17:17

"Yeni deportasiya yoxdur, xalqımız geri dönməkdə qərarlıdır" - HƏMAS

Həmas, Fələstin xalqının 1948-ci ildəki Nəkbə (Böyük Fəlakət) kimi bir daha deportasiya edilə bilməyəcəyini və İsrailin 19 aydır Qəzza zolağında həyata keçirdiyi soyqırıma baxmayaraq, xalqın müqavimət və geri qayıtma haqqına qətiyyətlə bağlı olduğunu vurğulayıb.

15 May 2025, 17:00

Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi düşünəcək

ABŞ prezidenti Donald Tramp deyib ki, çoxları ondan 2028-ci ildə yenidən prezidentliyə namizəd olmasını xahiş edir və o, bu barədə düşünəcək.

15 May 2025, 16:44