"Makronun Ukrayna ilə bağlı açıqlamalarını başa düşmək mümkün deyil" - Lavrov
Dünya 15 May 2025, 16:30

318
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Ukrayna böhranı ilə bağlı açıqlamasını ağılla başa düşmək mümkün deyil.
CityPost.az xəbər verir ki, Lavrov “Sərhədsiz mədəniyyət: mədəni diplomatiyanın rolu və inkişafı” mövzusunda Diplomatik Klubun təntənəli iclasında Qərb ölkələrinin Rusiyaya qarşı davam edən səfərbərliyini şərh edib.
Xarici İşlər Nazirliyinin rəhbəri ayrıca Makronun Avropa İttifaqının Ukraynaya qoşun yeritmək istəyi ilə bağlı bəyanatına diqqət çəkib.
"Bunu prezident deyir və təkcə dünən yaranmış hansısa ölkə deyil, çoxəsrlik tarixi, mədəniyyəti, ənənəsi olan ölkə haqqında deyir. Bax, problem budur. Bunu ağılla başa düşmək mümkün deyil", - Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl Makron Le Parisien-ə müsahibəsində Ukraynaya bir neçə min Qərb hərbçisinin yerləşdirilməsini istisna etmədiyini bildirmişdi. Kreml bu ərazilərdə NATO qüvvələrinin yerləşdirilməsinin mümkünsüzlüyünü dəfələrlə vurğulayır.
Diplomatik Klubun iclasında Lavrov Kiyevin bütün ruslara qarşı hərəkətlərini “saf nasizm” adlandırıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ermənistanda bir neçə polis əməkdaşı mənimsəmə cinayətinə görə həbs edilib
Ermənistanda bir neçə polis əməkdaşı onlara etibar edilmiş əmlakı külli miqdarda mənimsəməkdə ittiham edilərək həbs olunublar.Bu barədə “NEWS.am” məlumat yayıb.Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib. Lakin həbs edilənlərin sayı açıqlanmır.
17 May 2025, 09:55

Dünya Bankı Suriyaya yardımı bərpa edib
Dünya Bankı Qətər və Səudiyyə Ərəbistanının Suriyanın maliyyə qurumuna olan təxminən 15,5 milyon dollarlıq borcunu qaytarmasından sonra Dəməşqə yardım proqramlarını bərpa edib.Bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.“Suriya Ərəb Respublikasının təqribən 15,5 milyon ABŞ dolları məbləğində borcu bağlanıb. Borcun silinməsi üçün ödəniş Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövləti tərəfindən həyata keçirilib. Beləliklə, Dünya Bankının müvafiq əməliyyat siyasətlərinə uyğunluq şərti ilə ölkənin yeni əməliyyatlar üçün hüququ yenilənib”, - bəyanatda deyilir.Birinci proqram ölkə sakinlərinin elektrik enerjisinə çıxışını təmin etmək məqsədi daşıyacaq və bank təcili ehtiyacları ödəmək, uzunmüddətli inkişafa sərmayə qoymaq üçün Suriya hökumətinə yardımın həcmini tədricən artırmağı planlaşdırır.Xatırladaq ki, Qətər...
17 May 2025, 09:41

FETÖ əməliyyatı: 101 nəfər saxlanıldı
Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 101 nəfər saxlanılıb.
16 May 2025, 12:44

Almaniya Putinin danışıqlar masasına oturmasını istəyir
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya prezidenti Vladimir Putini öz mövqeyinə yenidən baxmağa və İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyə çağırıb.
15 May 2025, 17:17

"Yeni deportasiya yoxdur, xalqımız geri dönməkdə qərarlıdır" - HƏMAS
Həmas, Fələstin xalqının 1948-ci ildəki Nəkbə (Böyük Fəlakət) kimi bir daha deportasiya edilə bilməyəcəyini və İsrailin 19 aydır Qəzza zolağında həyata keçirdiyi soyqırıma baxmayaraq, xalqın müqavimət və geri qayıtma haqqına qətiyyətlə bağlı olduğunu vurğulayıb.
15 May 2025, 17:00

Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi düşünəcək
ABŞ prezidenti Donald Tramp deyib ki, çoxları ondan 2028-ci ildə yenidən prezidentliyə namizəd olmasını xahiş edir və o, bu barədə düşünəcək.
15 May 2025, 16:44