Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir  

Hərbi 15 May 2025, 15:17

374

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

Bu barədə CityPost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.

Real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ordumuz yaz-yay rejiminə keçdi - Video  

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.Bu barədə 

16 May 2025, 12:30

Bunları antiteror əməliyyatlarında gördük - Eyvazov  

Müasir döyüş üsullarının öyrənilməsi, yeni tendensiyaların orduya tətbiq edilməsi yollarını antiteror əməliyyatlarında gördük.Citypost.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.O bildirib ki, bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında peşəkarcasına döyüşən ordu fəaliyyət göstərib.“Qarabağda heç bir mülki insana, abidələrə zərər gəlməməli idi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni birləşmələrinin qalıqlarını ölkə ərazisindən təmizlədi”, - deyə o bildirib....

02 May 2025, 12:45

Hərbçilərimiz KURTARAN təlimlərində – FOTO  

Türkiyənin Marmaris şəhərində keçirilmiş “KURTARAN-2025” sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib.Müdafiə Nazirliyindən CityPost.az-a verilən məlumata görə, təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.Təlim zamanı helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri yerinə yetirilib. Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər...

30 Aprel 2025, 19:27

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları keçirib  

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

29 Aprel 2025, 11:18

Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub  - MN

Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

28 Aprel 2025, 11:02

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

27 Aprel 2025, 20:23