Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Siyasət 15 May 2025, 13:49

508
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
CityPost.az xəbər verir ki, Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.
Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.
Həmçinin oxuyun
İlham ƏIiyev regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident İlham Əliyevlə Albaniya Baş nazirinin işçi nahar əsnasında görüşü olub
Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.
16 May 2025, 18:54

Azərbaycan və Türkiyə prezidentləri Albaniyada görüşüb
Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.Bu barədə
16 May 2025, 15:54

Azərbaycan Prezidenti Maya Sandu ilə görüşüb
Prezident İlham Əliyev Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak edir.
16 May 2025, 14:44

Prezident Tiranada Antonio Koşta və fon der Lyayen ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü olub.
16 May 2025, 12:03

Milli Məclisin iclası başlayıb
Milli Məclisin iclası başlayıb.
16 May 2025, 11:44

FHN-in 20 illiyi yubiley medalı təsis edildi
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.
15 May 2025, 11:51