Bizə yazın

Baku

-°C

USD

-

"Pakistanın nüvə silahı MAQATE-nin nəzarəti altında olmalıdır" - Hindistan

Dünya 15 May 2025, 15:00

268

Hindistan Pakistanın nüvə silahlarının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarətinə verilməsini istəyib.

CityPost.az xəbər verir ki, müvafiq bəyanatı Cammu və Kəşmirdə çıxışı zamanı respublikanın müdafiə naziri Racnat Sinq verib.

Qonşu ölkənin nüvə arsenalının təhlükəsizliyini şübhə altına alan o, “İnanıram ki, Pakistanın nüvə silahları Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verilməlidir”.

Pakistan və Hindistan arasında münasibətlər aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisində “Ləşkər-e-Taibə” yaraqlılarının 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının ölümünə səbəb olan terror aktından sonra pisləşib. Yeni Dehli hücumda Pakistanın Xidmətlərarası Kəşfiyyatının əli olduğunu iddia edib.

Hindistan və Pakistan qarşılıqlı məhdudiyyətlər qoyub, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb.

Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi hədəflərə zərbələr endirərək Sindoor əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirdi. Mayın 10-da Hindistan və Pakistan atəşkəs elan ediblər.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistanda bir neçə polis əməkdaşı mənimsəmə cinayətinə görə həbs edilib 

Ermənistanda bir neçə polis əməkdaşı onlara etibar edilmiş əmlakı külli miqdarda mənimsəməkdə ittiham edilərək həbs olunublar.Bu barədə “NEWS.am” məlumat yayıb.Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib. Lakin həbs edilənlərin sayı açıqlanmır.

17 May 2025, 09:55

Dünya Bankı Suriyaya yardımı bərpa edib 

Dünya Bankı Qətər və Səudiyyə Ərəbistanının Suriyanın maliyyə qurumuna olan təxminən 15,5 milyon dollarlıq borcunu qaytarmasından sonra Dəməşqə yardım proqramlarını bərpa edib.Bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.“Suriya Ərəb Respublikasının təqribən 15,5 milyon ABŞ dolları məbləğində borcu bağlanıb. Borcun silinməsi üçün ödəniş Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövləti tərəfindən həyata keçirilib. Beləliklə, Dünya Bankının müvafiq əməliyyat siyasətlərinə uyğunluq şərti ilə ölkənin yeni əməliyyatlar üçün hüququ yenilənib”, - bəyanatda deyilir.Birinci proqram ölkə sakinlərinin elektrik enerjisinə çıxışını təmin etmək məqsədi daşıyacaq və bank təcili ehtiyacları ödəmək, uzunmüddətli inkişafa sərmayə qoymaq üçün Suriya hökumətinə yardımın həcmini tədricən artırmağı planlaşdırır.Xatırladaq ki, Qətər...

17 May 2025, 09:41

FETÖ əməliyyatı: 101 nəfər saxlanıldı  

Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 101 nəfər saxlanılıb.

16 May 2025, 12:44

Almaniya Putinin danışıqlar masasına oturmasını istəyir 

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya prezidenti Vladimir Putini öz mövqeyinə yenidən baxmağa və İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyə çağırıb.

15 May 2025, 17:17

"Yeni deportasiya yoxdur, xalqımız geri dönməkdə qərarlıdır" - HƏMAS

Həmas, Fələstin xalqının 1948-ci ildəki Nəkbə (Böyük Fəlakət) kimi bir daha deportasiya edilə bilməyəcəyini və İsrailin 19 aydır Qəzza zolağında həyata keçirdiyi soyqırıma baxmayaraq, xalqın müqavimət və geri qayıtma haqqına qətiyyətlə bağlı olduğunu vurğulayıb.

15 May 2025, 17:00

Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi düşünəcək

ABŞ prezidenti Donald Tramp deyib ki, çoxları ondan 2028-ci ildə yenidən prezidentliyə namizəd olmasını xahiş edir və o, bu barədə düşünəcək.

15 May 2025, 16:44