Bizə yazın

Baku

-°C

USD

-

"ABŞ israr etsə, razılaşma mümkün olmayacaq" - İran

Dünya 23 May 2025, 17:45

130

İranın xarici işlər naziri Abbas Ərqaçi deyib ki, əgər ABŞ İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini tamamilə dayandıracağına təkid etsə, heç bir razılaşma olmayacaq.

CityPost.az xəbər verir ki, İran dövlət televiziyasında canlı yayımda çıxış edən Əraqçi ABŞ-la nüvə danışıqları prosesini dəyərləndirib.

Vaşinqtonla aparılan danışıqlarla bağlı qonşu ölkələri də məlumatlandırdıqlarını ifadə edən Erakçi, "Qonşuluq əlaqələrimiz indi çox yaxşı vəziyyətdədir. İran və ABŞ arasında aparılan danışıqlarla bağlı mütəmadi olaraq qonşularımızla məsləhətləşirik" dedi. 

ABŞ-ın yenilənmədən tək tərəfli olaraq geri çəkildiyi “Birgə Hərtərəfli Fəaliyyət Planı” adlı 2015-ci il nüvə razılaşmasına geri dönüş ola bilməyəcəyini ifadə edən Erakçi, “Həm sanksiyaların qaldırılması bu dəyişikliyi zəruri edir, həm də İranın nüvə proqramı bu razılaşmadan əvvəlki səviyyəyə qayıda bilməyəcəyi bir vəziyyətdədir” dedi. 

Erakçi ABŞ-ın İranın danışıqlar zamanı uran zənginləşdirmə fəaliyyətlərini dayandırması tələbini qəbul etməyəcəklərini, lakin ölkəsinin nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmağa hazır olduğunu bildirib.

"Əgər onlar İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququndan məhrum etmək istəsələr, heç bir razılaşma olmayacaq. Əgər ABŞ prezidentinin (Donald Tramp) məqsədi dəfələrlə bəyan etdiyi kimi, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdırsa, bu məqsədə tam nail olmaq olar. Çünki biz nüvə silahı əldə etmək niyyətində deyilik", - deyə İranın xarici işlər naziri bildirib. 

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qəzzada ölənlərin sayı 53 822-yə çatdı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 60 nəfər artaraq 53 min 822 nəfərə çatıb.

23 May 2025, 18:49

Zelenski “1000-ə 1000” mübadiləsini şərh etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə “1000-ə 1000” formatında məhbus mübadiləsinin birinci hissəsini təsdiqləyib.

23 May 2025, 18:44

Finlandiya parlamentinin baş katibi dövlətə xəyanətdə ittiham olunur 

Finlandiya parlamentinin baş katibi Antti Peltari dövlətə xəyanətdə şübhəli bilinir.

23 May 2025, 18:30

Vyetnam hakimiyyəti Teleqramı bloklamaq istəyir

Vyetnamın Elm və Texnologiya Nazirliyi istifadəçiləri tərəfindən törədilən cinayətlərlə mübarizədə səlahiyyətlilərlə əməkdaşlıqdan imtina etdiyi üçün Teleqramı bloklamağı planlaşdırır.

23 May 2025, 18:18

Tramp Aİ-dən gələn mallara 50% rüsum tətbiq etmək istəyir

ABŞ-dan TRADE-də əsas məqsədlə yaradılan Avropa Birliyinin öhdəsindən gəlmək çox çətin idi.

23 May 2025, 18:10

"Qəzzaya daxil olan yardım ehtiyacları ödəməyə kifayət deyil" - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 80 gündən çox blokada saxlamasından sonra dünən Qəzzaya girməsinə icazə verilən yük maşınlarında humanitar yardımların göndərilməsi ilə bağlı "Dünənki yüklərin miqdarı məhdud idi və Qəzzanın 2,1 milyonluq əhalisinin ehtiyaclarını qarşılamağa belə yaxınlaşmır" ,-deyib.

23 May 2025, 18:00