Gəzmədiyi nazirlik qalmayıb - Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Cəmiyyət 19 Oktyabr 2025, 15:20

283
Ramiz Mehdiyevin oğlunun hərbi xidmət müəmması
Prezident Administrasiyasının 87 yaşlı sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamların irəli sürülməsi, diqqəti onunla yanaşı ailə üzvlərinin də keçmiş və indiki fəaliyyətinə yönəldib.
R.Mehdiyev vəzifədə olduğu dövrdə geniş səlahiyyətlərindən və təsir imkanlarından istifadə edərək övladlarını, yaxın qohumlarını yüksək dövlət postlarına təyin etdirə bilib. pizza sifarişi
“Yeni Sabah” xəbər verir ki, onun oğlu Teymur Mehdiyevin tərcümeyi-halına diqqət yetirəndə bunu aydın şəkildə görmək olar.
Amma bu məsələdə bir müəmma da var, bu barədə bir qədər sonra.
Teymur Ramiz oğlu Mehdiyev 1975-ci il iyunun 25-də Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya Muxtar Sovet Sosialist Respublikasının Suxumi şəhərində anadan olub.
Uğursuz xəfiyyə
1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin universiteti bitirib.
1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyində (2015-ci ildə ləğv olunub) işə başlayır. Lakin gənc Teymurun ölkənin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanındakı işi uzun sürmür. O, 1999-cu ildə xəfiyyə karyerasına son qoyur.
Üç il DİN-də
Teymur Mehdiyev elə həmin il dövlətin daha bir mühüm strukturunda, bu dəfə hüquq-mühafizə orqanında özünü sınamaq qərarına gəlir, yaxud atası Ramiz Mehdiyev oğlunu Daxili İşlər Nazirliyinə (DİN) sırıyır. Beləliklə, 24 yaşlı T.Mehdiyev 1999-cu ildə DİN-də işə başlayır. Onun bu nazirlikdə hansı vəzifədə işlədiyi məlum olmasa da, hüquq-mühafizə orqanındakı fəaliyyəti də uzun çəkmir, 2001-ci ildə DİN-dən ayrılır.
Teymurun U dönüşü
Bəs sonra nə olur? R.Mehdiyevin oğlunun karyerasında U dönüşü baş verir. O, bu dəfə diplomatiya sahəsinə üz tutur. T.Mehdiyev polis mundirini mıxdan asıb, brend markadan olan kostyumunu geyinib, qalstukunu taxıb Xarici İşlər Nazirliyində kresloda əyləşir. Onun buradakı vəzifəsinin nədən ibarət olduğu bilinməsə də, diplomat karyerası çox çəkmir. Gənc Teymur 6 ildə üçüncü iş yerini də tərk edir. O, 2004-cü ildə XİN-dəki işindən çıxır.
Ramiz Mehdiyev oğlunu haralara göndərir?
Həmçinin oxuyun
T.Mehdiyev diplomat ola bilməsə də, 29 yaşında karyerasında yüksəliş başlayır. O, həmin il gənclər, idman və turizm nazirinin müavini təyin olunur. 2006-cı ildə bu nazirlik ləğv olunur, yerində Mədəniyyət ve Turizm Nazirliyi yaradılır. Ramiz Mehdiyevin oğlu da vəzifəsini qoruyur. O, 2011-ci ilə qədər mədəniyyət və turizm nazirinin müavini postunu tutur.
Teymur Mehdiyev həmin il Dövlət Miqrasiya Xidmətinə transfer olunur. O, xidmət rəisinin birinci müavini vəzifəsinə gətirilir. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilir. Lakin 36 yaşında artıq general olan T.Mehdiyev burada da çox qalmır. Cəmi 3 il sonra Dövlət Miqrasiya Xidmətindəki vəzifəsindən ayrılır.
O, 2014-cü il may ayının 5-də fövqəladə hallar nazirinin müavini təyin edilir. Elə həmin il general-mayor ali hərbi rütbəsi alır. 2018-c ildə isə “Vətənə xidmətə görə” ordeni alır.
T.Mehdiyev artıq 11 ildir bu vəzifədə işləyir. Göründüyü kimi o, yalnız atası hakimiyyətdə təsir imkanlarını itirəndən sonra bir vəzifədə bərqərar ola bilib.
Teymur Mehdiyev hərbi xidmətdən yayınıb?
İndi isə gələk müəmmaya: tərcümeyi-halından aydın olur ki, Ramiz Mehdiyevin oğlu universiteti bitirən kimi işləməyə başlayıb. O, 1997-ci ildə BDU-da təhsilini başa vurub, elə diplomunu alan kimi də o zamanki MTN-də işə başlayıb. Bəs Teymur Mehdiyev nə zaman həqiqi hərbi xidmətdə olub? Ümumiyyətlə olubmu? Əgər olmayıbsa, xüsusi xidmət və hüquq-mühafizə orqanında necə işə qəbul edilib? General-mayor ali xüsusi rütbəsini necə alıb?
Onun MTN-dəki işi nə olub? Əgər bu hərbi xidmətdirsə, niyə tərcümeyi-halında iş kimi yazılıb? Yoxsa Teymur Mehdiyev həqiqi hərbi xidmətə yararsız olub? (hər bir insanın səhhətində problem ola bilər. Belə olan halda Azərbaycan qanunvericiliyi həmin şəxsləri hərbi xidmətə yararsız sayır) Amma əsgəri xidmətdə olmayıb, hərbi bilet almayanları hüquq-mühafizə, xüsusi xidmət, hərbi qurumlarda işə götürmürlər. Bunun üçün ilk növbədə hərbi xidmət keçməlisən, yararlı hərbi bilet almalısan. Ramiz Mehdiyevin oğlu bunu etməyib, əsgərlikdə olmayıb. Hər halda açıq mənbələrdəki informasiyalar belə deyir.
PA rəhbəri oğlunu prezident etmək istəyirdi?
T.Mehdiyevin 14 il ərzində 6 qurum dəyişməsinə gəlincə, hələ həmin dövrlərdə ekspertlər bunu bir amillə izah edirdilər. Onlar Ramiz Mehdiyevin oğlunun işlədiyi qurumlara diqqəti yönəldirdilər. Bura dövlətin milli təhlükəsizliyi, daxili sabitliyi və xarici siyasəti ilə məşğul olan 3 mühüm struktur daxildir - DİN, XİN və keçmiş MTN. Ölkənin idarəçiliyində bu qurumlar mühüm rol oynayırlar və hamısının rəhbərləri Təhlükəsizlik Şurasının üzvləridir.
Ona görə də ekspertlər hesab edirdilər ki, R.Mehdiyev oğlunu yüksək vəzifəyə, bəlkə də birbaşa hakimiyyətə hazırlayır. Ona görə də mühüm dövlət qurumlarında təcrübə toplaması, idarəçiliyi mənimsəməsi, milli təhlükəsizlik, diplomatiya və daxili sabitlik siyasəti qaydalarını öyrənməsi üçün oğlunun yerini tez-tez dəyişib.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Zahid Oruc ittihamlara belə cavab verdi
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc barəsində yazılanlara münasibət bildirib.CityPost.az xəbər verir ki, o, yayılan iddiaları böhtan adlandırıb:“Ünvanıma yazılan böhtanın-36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz.1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə...
19 Oktyabr 2025, 17:06

Ziya Məmmədovun ölkədən çıxışına "stop" qoyuldu - İDDİA
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına “stop” qoyuldu.KONKRET.az xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.Qeyd edək ki, hələ 2016–2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı.Yeri gəlmişkən, 2017–2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var.Xatırladaq ki, əks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə, Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış.Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib-gələn eks vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib.Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına...
19 Oktyabr 2025, 14:03

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov nankorların “parlaq” nümayəndələrindən hesab oluna bilər. O da eynilə, 2006-cı ildə vəzifəsindən azad edildi və “İstiqlal” ordeni ilə təltif edilərək, hörmətlə yola salındı. Düşünmək olardı ki, bundan sonra o, akademik fəaliyyətlə, bizneslə məşğul ola, yaxud ailə mühitində nəvə-nəticələrinə babalıq edə bilər. Amma Abbas Abbasov hakimiyyət eşqinə düşdü və başqa paytaxtlarda nicat axtarmağa başladı.CityPost.az xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.“2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən...
19 Oktyabr 2025, 09:54

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”
"Ramiz Mehdiyevin qurduğu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq”.CityPost.az xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir."Amma onların özlərinin aidiyyəti orqana gəlib istintaqla əməkdaşlıq etməsi daha düzgün addım olardı. Digər tərəfdən, bir çoxlarının fəaliyyəti də, niyyətləri də, əməlləri də bəlli olduğuna görə, tövbə qapısının hələ də açıq olduğunu unutmamalıdırlar”, – məlumatda bildirilib.
19 Oktyabr 2025, 08:29

Sosial şəbəkələrdə söyüş söyən keçmiş müəllim KİMDİR?
Son vaxtlarda sosial şəbəkələrdə əxlaqsızlığı,bayağılığı,cinayəti təbliğ edən şəxslərə qarşı tədbirlər görülməkdə davam edir.Qeyd edilən silsilə tədbirlərin nəticəsi olaraq “Tiktok” da və digər sosial şəbəkələrdə nalayiq ifadələr istifadə edənlərin sayı xeyli azalıb.Bu şəbəkələr üzərində nəzarət olduğundan istifadəçilər bir növ cəzadan çəkinirlər.CityPost.az Oxu24.com -a istinadən xəbər verir ki,bu yolu seçən bir sıra sosial şəbəkə istifadəçiləri özlərinə yeni məkan tapıblar. Bu proqram “Bigo Live” adlanır. Bu barədə saytımıza bir neçə şəxs müraciət edərək şikayətlərini bildiriblər.Sayta müraciət edən X.Y adlı xanım bildirib ki, sözügedən sosial şəbəkədə canlı yayımlara çıxan Tural Talıblı adlı şəxs istifadəçiləri açıq söyüşlərlə təhqir və təhdid edir. Sözügedən şəxs bu sosial şəbəkənin ...
18 Oktyabr 2025, 23:59

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı
Ramiz Mehdiyevin həbsi onun ətrafına, onunla yaxın olanlara, iddialarına şərik çıxanlara və ya belə iddialara düşənlərə aydın mesajdır.CityPost.az xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.“Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü “hakimiyyətin bolşeviki” hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, bu xəyanətkar şəbəkənin digər üzvləri tövbə edib, aidiyyəti yerdə sədaqət andı içməlidirlər.Əlbəttə ki, Ramiz Mehdiyevin “qara kassası”...
18 Oktyabr 2025, 23:07