Bu dövlət qurumları birləşdiriləcək?
Cəmiyyət 08 Noyabr 2026, 22:18
568
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqini Maliyyə Nazirliyi həyata keçirəcək. Bir çox ölkələrdə gömrük və vergi xidmətləri Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycanda da sovet dövründə vergi xidməti bu nazirliyin tərkibində olub, sonradan müstəqil quruma çevrilib.
Gələcəkdə Azərbaycanda da gömrük və vergi xidmətlərinin Maliyyə Nazirliyinin tabeliyinə verilməsi gözlənilirmi? ABŞ başda olmaqla bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunan bu idarəetmə modeli nə dərəcədə effektivdir və onun Azərbaycanda tətbiqi məqsədəuyğun olarmı?
CityPost.az xəbər verir ki,Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərli söyləyib ki, Azərbaycanda bu tipli struktur dəyişiklikləri çox olub.
Onun sözlərinə görə, ilk növbədə, ölkədə səhm bazarını normal fəaliyyət göstərə biləcək vəziyyətə gətirmək lazımdır:
Həmçinin oxuyun
"Dövlətin və vətəndaşların əlində olan səhmlərin qiymətləndirilməsi, dividendlərin ödənilməsi, səhmlərin alqı-satqısının intensivliyi və birjanın fəaliyyəti – bütün bunların canlandırılmasına ehtiyac var. Ona görə də ilkin olaraq bu addımların atılması daha məntiqli olardı. Əgər dövlətin əlində olan səhmlər üzrə dividendlərin hesablanması və onlara nəzarət Maliyyə Nazirliyinə verilirsə, bununla bağlı, çox güman ki, ayrıca əsasnamə də hazırlanacaq".
Natiq Cəfərli əlavə edib ki, eyni zamanda, bu günə qədər dövlətin əlində olan şirkət səhmlərinin nə dərəcədə rentabelli olduğu, nə qədər dividend gətirdiyi təhlil edilməlidir:
"Əgər dividend gətirmirsə, bunun səbəbləri, qazanc imkanlarının və fürsətlərinin niyə məhdud olduğu araşdırılmalıdır. Bütün bunlar ciddi şəkildə təhlil olunmalıdır".
TƏCİLİ! Türkiyə mediası Əliyevlə bağlı mühüm XƏBƏR YAYDI
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edəcək.CityPost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Qeyd edək ki, Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi COP31 konfransı Antalya şəhərində təşkil olunacaq.
08 Noyabr 2026, 20:31
Zakir Həsənova nə olub?
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov koronavirusa yoluxub.CityPost.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı Şuşaya gələn türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ona məlumat verib.Müdafiə Nazirliyini türkiyəli heyətlə görüşdə Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev təmsil edib.
08 Noyabr 2026, 20:23
Generalların qucağındakı əkizlər kimdir? - FOTO
Noyabrın 8-də Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin qucağında görüntülənən əkiz uşaqların kimliyi məlum olub.CityPost.az Oxu.az -a istinadən xəbər verir ki, əkizlər Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan şəhid Elvin Şükürlünün qazi qardaşı, mayor Elnur Şükürovun övladlarıdır.Əkizlərdən birinə şəhid əmisi Elvinin, digərinə isə Qarabağ müharibəsi veteranı olan babası Azadın adı verilib. ...
08 Noyabr 2026, 20:22
Prezidentin sosial media hesablarında Ərdoğanla Şuşadakı görüşündən paylaşım edilib - VİDEO
Prezidentin sosial media hesablarında Ərdoğanla Şuşadakı görüşündən paylaşım edilib.Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Şuşada görüşüblər.CityPost.az paylaşımı təqdim edir:The Presidents of Azerbaijan and Türkiye met in Shusha. https://t.co/aeBNxqAO6X— Ilham Aliyev (@presidentaz) November 8, 2026
08 Noyabr 2026, 19:54
Ərdoğan Ağdamda inşa edilən məktəblə bağlı TARİXİ XƏBƏRİ AÇIQLADI
Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq.Citypost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.Türkiyə Prezidenti bildirib ki, gələn il Prezident İlham Əliyevlə birlikdə məktəbin açılışını edəcəklər.
08 Noyabr 2026, 16:56
Ərdoğan: Azərbaycanın kədərini öz kədərimiz, sevincini öz sevincimiz bilirik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Türk milləti olaraq hər zaman Azərbaycanın yanında olmağa, kədərini öz kədəri, sevincini öz sevinci kimi bilməyə davam edəcəyini bəyan edib.Citypost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.Dövlət başçısı qeyd edib ki, bu gün Şuşaya gələrkən 7 ayrı tuneldən keçib:"Bu 7 tunel bölgədə aparılan yenidənqurma, təmir-tikinti işlərini uğurunu ortaya qoyur. Şuşaya gələrkən haradan haraya gəldiyimizin sevincini yaşadıq. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq. Füzuli də fərqli olacaq. Çünki bu işə inanmış, canını qoyan bir lider var. Eyni zamanda kadr var....
08 Noyabr 2026, 16:51