Bizə yazın

Baku

-°C

USD

-

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Siyasət 08 Noyabr 2026, 11:40

271

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Citypost.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur, xalqın birliyinin gücünü, milli maraqlarını qorumaq əzmində sarsılmaz iradəsini təcəssüm etdirir.

Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün yeni perspektivlər açır.

Yeni birgə layihələrlə ardıcıl olaraq zənginləşdirilən Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin yüksək səviyyəsini məmnunluqla qeyd edirəm. Əminəm ki, xalqlarımızın dostluq və qarşılıqlı hörmət telləri bundan sonra da möhkəmlənəcək, Qazaxıstan ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin etibarlı təməli olaraq qalacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, rifah və qardaş Azərbaycan xalqının əmin-amanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahbaz Şərif İlham Əliyevi TƏBRİK ETDİ

Zəfər Gününün altıncı ildönümü münasibətilə əziz qardaşım, Prezident İlham Əliyevi və Azərbaycanın cəsur, qardaş xalqını səmimiyyətlə təbrik edirəm.Citypost.az  xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.O qeyd edib ki, 8 Noyabr, təxminən otuz ildən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur.“Bu zəfəri mümkün edən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq. Pakistan o zaman da Azərbaycanın yanında olmaqdan qürur duyurdu, bu gün də, həmişə də Azərbaycanın yanındayıq.Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini...

08 Noyabr 2026, 11:42

Vüqar Rəhimzadə: Bayrağımız Zəfərin və ərazi bütövlüyümüzün simvoludur

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü Azərbaycan xalqının vahid ideologiya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdiyini nümayiş etdirən ən ali bayramlardan biridir. Bayraq keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü olmaqla yanaşı, hər bir vətəndaşın dövlətə olan sadiqliyinin və vətənpərvərlik hissinin ali təzahürüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan...

07 Noyabr 2026, 10:38

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb."Report"un məlumatına görə, bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib.İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.Bəyanatda qeyd edilir ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.Tərəflər...

07 Noyabr 2026, 08:00

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəZati-aliləri,Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”....

06 Noyabr 2026, 21:44

Zaur Şükürov: Azərbaycan xalqı Vətən müharibəsində yumruq kimi birləşdi

44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov noyabrın 8-i Zəfər Günü münasibətilə Citypost.az  saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici günlərindən birini böyük fərəh və iftixar hissi ilə qeyd edir: “Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, xalq-iqtidar, xalq-ordu birliyini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi”.Z.Şükürov...

06 Noyabr 2026, 20:44

İlham Əliyev: Biz ədaləti, ləyaqətimizi və haqqımızı bərpa etdik

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı ədaləti bərpa etdiklərini bildirib:"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanında alınıb və bu gün onların əziz...

06 Noyabr 2026, 20:22