Bizə yazın

Baku

-°C

USD

-

Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - VİDEO 

Cəmiyyət 08 Noyabr 2026, 10:47

417

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, memorial abidənin önünə əklil qoyularaq onların xatirəsinə ehtiram nümayiş etdirilib.

Ziyarət proqramı Zəfər parkında davam etdirilib. Burada abidənin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Ziyarət zamanı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.

Görüşdə şəhid ailələri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya, eləcə də hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakıda Zəfər Tağını ziyarət ediblər.Citypost.az  xəbər verir ki, Zəfər Tağının önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.

08 Noyabr 2026, 11:43

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.Citypost.az  xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qarabağın azad edilməsinin altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”, – paylaşımda bildirilib.

08 Noyabr 2026, 11:39

Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev “Zəfər Parkı”nı ziyarət ediblər

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.Citypost.az xəbər verir ki, onları ziyarət zamanı digər hökumət nümayəndələri də müşayiət ediblər.

08 Noyabr 2026, 11:38

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli İlham Heydər oğlu.Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur, xalqın birliyinin gücünü, milli maraqlarını qorumaq əzmində sarsılmaz iradəsini təcəssüm etdirir.Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün...

08 Noyabr 2026, 11:37

Milli Məclisin deputatı Rövşən Muradov:Bu nəticənin arxasında uzunmüddətli dövlət quruculuğu dayanır

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan...

08 Noyabr 2026, 09:28

Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür

6 il əvvəl, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində vətənimizin ərazi bütövlüyü bərpa olunmuş, tarixi ədalət zəfər çalmışdır.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında paylaşım edib.Onun sözlərinə görə, bu parlaq zəfər xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür:"Vətən uğrunda canlarından keçərək adlarını şanlı tariximizə əbədi həkk etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyirik. Zəfər Günümüz mübarək!"....

08 Noyabr 2026, 09:15