Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Cəmiyyət 08 Noyabr 2026, 15:47
363
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
Həmçinin oxuyun
Andiçmə mərasiminin 8 Noyabr - Zəfər Gününə təsadüf etməsinin şəxsi heyət üçün xüsusilə dəyərli və yaddaqalan olması, bu günün şəxsi heyət üçün ikiqat bayram olması vurğulanıb.
Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra hərbi qulluqçular təntənəli marşlarla tribunaların önündən keçiblər.
Sonda şəxsi heyət üçün andiçmə mərasimi və 8 Noyabr - Zəfər Günü ilə əlaqədar konsert proqramları təşkil edilib.
Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib.CityPost.az paylaşımı təqdim edir:Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri https://t.co/CgjyVXmpop— İlham Əliyev (@azpresident) November 8, 2026
08 Noyabr 2026, 15:18
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI
Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir.
08 Noyabr 2026, 14:41
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib.CityPost.az-ın xəbərə əsasən, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşıladılar.
08 Noyabr 2026, 13:49
Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər Tağı abidəsini ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur....
08 Noyabr 2026, 13:17
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2°...
08 Noyabr 2026, 12:37
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir.CityPost.az xəbər verir ki, müraciəti dövlət başçısı Xankəndi şəhərindən edir."Mən əziz xalqımı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı nəticəsində biz erməni işğalına son qoya bildik. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun...
08 Noyabr 2026, 11:59