Milli Məclisin deputatı Rövşən Muradov:Bu nəticənin arxasında uzunmüddətli dövlət quruculuğu dayanır
Cəmiyyət 08 Noyabr 2026, 09:28
417
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
Milli Məclisin deputatı Rövşən Muradov CİTYpOST.AZ-A bildirib ki, 8 Noyabr Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin Qələbə ilə nəticələndiyi tarixi mərhələnin rəmzidir. 2020-ci ildə Şuşanın azad olunması işğala son qoyulması istiqamətində həlledici dönüş yaratdı, xalqımızın doğma torpaqlarına qayıdışına yol açdı. Zəfər Gününün dövlətçilik baxımından başlıca mənası milli məqsədin gerçəkləşməsi, Azərbaycan vətəndaşının öz dövlətinə inamının daha da möhkəmlənməsidir.
Millət vəkili əlavə edib ki, bu nəticənin arxasında uzunmüddətli dövlət quruculuğu dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə möhkəmlənən dövlət institutları və formalaşan iqtisadi əsaslar sonrakı inkişaf üçün zəmin yaratdı. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu imkanları ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəltdi. Ordunun müasir texnika ilə təchizatı, peşəkar kadr hazırlığı və yerli müdafiə sənayesinin inkişafı döyüş qabiliyyətini artırdı. Enerji və nəqliyyat layihələri isə iqtisadi imkanları gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirdi. Hərbi hazırlıq iqtisadi və diplomatik imkanlarla tamamlandı.
Həmçinin oxuyun
Deputatın sözlərinə görə, beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünün tanınmasına baxmayaraq, işğalın aradan qaldırılması ilə bağlı qərarların icrası illərlə təmin olunmadı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi bu problemin aydın göstəricisi idi. Azərbaycanın təcrübəsi hüquqa əsaslanan mövqenin güclü dövlət institutları, hazırlıqlı ordu və ardıcıl diplomatiya ilə müdafiə edilməsinin əhəmiyyətini göstərdi.2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqın həmrəyliyi vahid məqsədə yönəldi. Şuşanın azad edilməsi müharibənin gedişində həlledici rol oynadı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat hərbi uğurları siyasi müstəvidə möhkəmləndirdi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılmasını təmin etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.Qələbənin mənəvi dayağı vətəndaşların ortaq Vətən naminə göstərdiyi fədakarlıq idi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin övladları eyni bayraq altında döyüşdülər. Şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizə və müharibə iştirakçılarına qayğı həmin birliyin mənəvi əsaslarını yaşadır. Şəhid ailələrinin sosial müdafiəsi, sağlamlığını itirmiş hərbçilərin reabilitasiyası və əmək həyatına qayıdışı dövlətin daimi diqqət tələb edən vəzifələridir. Bu sahədə hər bir tədbirin dəyəri insanın həyatında yaratdığı real yaxşılaşma ilə ölçülməlidir.
Rövşən Muradov vurğulayıb ki, Qələbədən sonrakı quruculuğun mərkəzində də insan dayanır. Böyük Qayıdış proqramı çərçivəsində yaşayış məntəqələrinin bərpası və ailələrin doğma yurdlarına köçürülməsi işğalın ağır nəticələrinin aradan qaldırılmasına xidmət edir. Bu prosesin davamlılığı təhlükəsiz yaşayışın və sabit gəlirin birlikdə təmin olunmasından asılıdır. Minatəmizləmə, məktəb və səhiyyə xidmətləri, nəqliyyat əlçatanlığı məşğulluq imkanları ilə uzlaşdırılmalıdır. Dövlət sərmayəsi sahibkarlığın genişlənməsinə, yerli istehsalın bazarlara çıxışına və insanların peşə bacarıqlarının inkişafına şərait yaratmalıdır. Qurulan müəssisələrin səmərəli işləməsi və ailələrin gəlir əldə etməsi məskunlaşmanı uzunmüddətli edir.Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də əldə olunmuş nəticələrin davamlı sülhlə möhkəmləndirilməsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mətninin paraflanması bu istiqamətdə mühüm diplomatik addım oldu. Dövlətlərin suverenliyinə və sərhədlərinə hörmət, üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi regionda etimadın əsasını təşkil edir. Kommunikasiyaların açılması və qarşılıqlı faydalı iqtisadi əlaqələrin qurulması həmin etimadı gücləndirə bilər. Azərbaycanın təhlükəsizlik maraqları ilə regional əməkdaşlıq imkanlarının uzlaşdırılması sülhün dayanıqlığına xidmət edir.
Deputat sonda bildirib ki,Zəfər Günü keçdiyimiz yola ehtiramla yanaşı, gələcək qarşısında məsuliyyətimizi də ifadə edir. Bu məsuliyyət müstəqil qərar vermək gücümüzü qorumaq, dövlət institutlarını möhkəmləndirmək və azad edilmiş torpaqlarda firavan həyatı təmin etməkdir. Şəhidlərimizin uğrunda can verdiyi Vətənin gələcəyi həmin torpaqlarda təhlükəsiz böyüyən uşaqların, öz zəhməti ilə yaşayan ailələrin və ölkəsinə güvənən nəsillərin həyatında qurulur.
Müşərrəfxanım
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
6 il əvvəl, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində vətənimizin ərazi bütövlüyü bərpa olunmuş, tarixi ədalət zəfər çalmışdır.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında paylaşım edib.Onun sözlərinə görə, bu parlaq zəfər xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür:"Vətən uğrunda canlarından keçərək adlarını şanlı tariximizə əbədi həkk etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyirik. Zəfər Günümüz mübarək!"....
08 Noyabr 2026, 09:15
Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:“Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.✔Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza...
08 Noyabr 2026, 09:05
Ərdoğan sabah Qarabağa gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.CityPost.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.Bildirilib ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək.Səfər çərçivəsində iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək.Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.
07 Noyabr 2026, 22:32
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb.CityPost.az xəbər verir ki, paylaşımda "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" qeydi əlavə olunub.
07 Noyabr 2026, 21:28
Hakan Fidan yola salınır? -ŞOK
Türkiyə mediası və sosial şəbəkə seqmentindəki bəzi platformalarda belə iddia irəli sürülür ki, guya Prezident Rəcəb Tayyip Ərdoğanın səfəri ərəfəsində Azərbaycan bu ölkənin xarici işlər naziri Hakan Fidanın vəzifəsindən kənarlaşdırılması tələbini irəli sürür.Oxu24.com xəbər verir ki, belə bir iddianı niyə, hansı əsasla irəli sürdükləri bəlli deyil, ortada hər-hansı bir əsaslandırma da yoxdur. Sadəcə bir fikir ortaya atılıb və müxtəlif platformalarda tirajlanır.Amma heç biri nəyə əsasən belə düşündüklərini dilə gətirmirlər. Çünki iddianın heç bir əsası yoxdur. Görünən budur ki, belə iddiaları irəli sürənlər daha öncə olduğu kimi, yenə də Azərbaycan-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlı olanlardır. Digər tərəfdən, belə iddiaların ortaya çıxmasının arxasındakı...
07 Noyabr 2026, 21:27
Jurnalist Elnur Şükürov həbs edilib
Jurnalist Elnur Şükürov həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə ittiham irəli sürülüb.Qeyd edək ki, bir neçə il öncə “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, ötən il azadlığa çıxmışdı....
07 Noyabr 2026, 15:34