Bizə yazın

Baku

-°C

USD

-

Hakan Fidan yola salınır? -ŞOK

Cəmiyyət 07 Noyabr 2026, 21:27

503

Türkiyə mediası və sosial şəbəkə seqmentindəki bəzi platformalarda belə iddia irəli sürülür ki, guya Prezident Rəcəb Tayyip Ərdoğanın səfəri ərəfəsində Azərbaycan bu ölkənin xarici işlər naziri Hakan Fidanın vəzifəsindən kənarlaşdırılması tələbini irəli sürür.

Oxu24.com xəbər verir ki, belə bir iddianı niyə, hansı əsasla irəli sürdükləri bəlli deyil, ortada hər-hansı bir əsaslandırma da yoxdur. Sadəcə bir fikir ortaya atılıb və müxtəlif platformalarda tirajlanır.

Amma heç biri nəyə əsasən belə düşündüklərini dilə gətirmirlər. Çünki iddianın heç bir əsası yoxdur. Görünən budur ki, belə iddiaları irəli sürənlər daha öncə olduğu kimi, yenə də Azərbaycan-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlı olanlardır. Digər tərəfdən, belə iddiaların ortaya çıxmasının arxasındakı gerçək səbəbin Bakı-Ankara münasibətlərindən yox, Türkiyənin daxili siyasi proseslərindən qaynaqlandığı görünür.

Hansısa qruplar daxili siyasi proseslərdən irəli gələn məsələlərdə Azərbaycanın adını hallandırmaqla ya diqqəti yayındırmağa, ya da iki ölkə münasibətlərində çatların yaradılmasına çalışırlar.

Daha öncə eyni iddia Türkiyə Prezidentinin müşaviri Oqtay Saralın vəzifəsindən kənarlaşdırılmasında da ortaya atılmış, bunu Azərbaycana bağlamağa çalışmışdılar. Halbuki, Azərbaycanın bununla bağlı heç bir xahişi, yaxud tələbi olmayıb. O.Saral Türkiyəyə çox yaxın olan bir ölkənin daxili işlərinə müdaxilə etməklə öz ölkəsinin strateji maraqlarına uyğun olmayan addım atdı, onun tutduğu postundan uzaqlaşdırılması da Türkiyə hakimiyyəti tərəfindən verilmiş qərardır.

Bunun fonunda Türkiyə mediasında O.Saralın vəzifədən kənarlaşdırılmasında ölkə daxilindəki siyasi proseslərin də səbəb olduğuna dair fikirlər, məlumatlar yayılıb. Bu tipli iddialar Hakan Fidan və digər türkiyəli rəsmilər haqqında da ortaya atılır, daxili siyasi qarşıdurmaların olduğuna dair versiyalar səsləndirilir. Bu, Türkiyənin daxili işləridir və nə Azərbaycan cəmiyyəti, nə də dövləti üçün maraqlı deyil.

Azərbaycan üçün qarşılıqlı şəkildə daxili işlərə qarışmamaq prinsipi prioritetdir. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır, heç bir ölkənin özünün daxili məsələlərinə müdaxiləsinə də imkan vermir. Bu baxımdan, Türkiyə də daxil olmaqla istənilən ölkənin daxili işlərinə müdaxilə etmək, yaxud hansısa kadrlarla bağlı tələblər irəli sürmək Azərbaycanın xarici siyasət prinsiplərinə və Prezident İlham Əliyevin təbiətinə zidd yanaşmadır.

Oqtay Saral, eləcə də Hakan Fidanla bağlı ortaya atılan iddialar Türkiyədə müxtəlif qüvvələr arasındakı siyasi çəkişmələrin təzahürüdür. Türkiyə mediasındakı iddialar belədir ki, müxtəlif qüvvələr hakimiyyət daxilində güc balansı uğrunda mübarizə aparır. Azərbaycan isə bütün bu proseslərdə nə iştirakçıdır, nə də yer almaq niyyətində deyil.

Türkiyə mediasında Azərbaycanın adının niyə hallandırılmasının heç bir izahı yoxdur. Bunu hansı məqsədlə edirlər, hansı qüvvələr burada maraqlıdır? Bütün bunlarla bağlı mülahizələri onların öz ixtiyarına buraxırıq. Sadəcə onu deyə bilərik ki, Türkiyədə yeri gəldi-gəlmədi Azərbaycanı gündəmə çıxarmaq, bütün problemli məsələləri Bakı ilə bağlamaq heç kimə yaraşmayan mövqedir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb.CityPost.az  xəbər verir ki, paylaşımda "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" qeydi əlavə olunub.

07 Noyabr 2026, 21:28

Jurnalist Elnur Şükürov həbs edilib

Jurnalist Elnur Şükürov həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə ittiham irəli sürülüb.Qeyd edək ki, bir neçə il öncə “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, ötən il azadlığa çıxmışdı....

07 Noyabr 2026, 15:34

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.Citypost.az xəbər verir ki, “Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.Bildirildi ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatlardan təmizlənəndən sonra torpaq hazırlığı və planlaşdırma işləri görülərək, dərhal əkinə başlanılıb. İlkin olaraq ərazidə taxıl əkini aparılıb. Taxıl sahələrində məhsuldarlıq 40 sentner təşkil edib.Hazırda isə burada 1150 hektar ərazidə zeytun bağı salınıb. Ərazidə 700 mindən çox ağac əkilib. Gələcəkdə isə zeytun və badam ağaclarının sayının 1 500 minə çatdırılması nəzərdə tutulur.Burada ildə 10 min...

07 Noyabr 2026, 14:55

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:“general-leytenant” hərbi rütbəsigeneral-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova“general-mayor” hərbi rütbəsipolkovnik Elnur Əli oğlu Ələsgərliyəpolkovnik Hikmət Rövşən oğlu Əliyevəpolkovnik Telman Əsgər oğlu Hüseynova"....

07 Noyabr 2026, 14:54

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, “Almet Holding” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.Bildirildi ki, əsas təsisçisi “Almet Holding” ASC olan “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci...

07 Noyabr 2026, 13:21

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.Citypost.az xəbər verir ki, “Komfy” MMC-nin direktoru Fuad Nəcəfov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi.Bildirilib ki, “Komfy” MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı,...

07 Noyabr 2026, 13:20