SON DƏQİQƏ! Baş Prokurorluq həmin fakt üzrə cinayət işi açdı
Cəmiyyət 21 Oktyabr 2024, 15:03
29783
Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
CityPost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
Faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, 2019-2022-ci illərdə AMEA -ya Ramiz Mehdiyev rəhbərlik edib.Həmin dövrdə AMEA İşlər İdarəsinin müdiri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pensiyalar bu tarixdə ödəniləcək
Avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək./Sfera.az
13 Avqust 2026, 13:19
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.CityPost.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Dövlətimizin başçısı səfirlə söhbət etdi.Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğuladı, ölkələrimizin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd etdi. Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlətimizin başçısı Berlində izmalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası...
13 Avqust 2026, 13:17
MÜBARİZ ƏHMƏDOĞLU HƏYASIZLIĞINA QISA CAVAB
Paho, Azərbaycanın ən gopçu politoloqu kimi tanınan Mübariz Əhmədoğlu da son günlərin mövzusu ilə bağlı müdrik fikirlərini səsləndirməyi vacib sayıb. Tipik bir məzhəbçi zehniyyətə sahib Mübariz Əhmədoğlu da daxil xeyli adamlar arqumentləri tükənəndə birdən-birə Türkiyədə diqqət çəkmək üçün guya Səfəvilər mövzusu müzakirəyə çıxaranların FETO və ya Gülənçiliklə əlaqəli olduğunu vurğulamağa çalışırlar. Bu mənə daha çox nəyi xatırladır? Demək hansısa sağlam fikrin önünün kəsilməsi üçün bunların düşünə biləcəkləri deyəsən başqa bir böhtan tapılmır. Səfəvi məsələsində qardaş Türkiyəmizə qarşı nifrətlərini ört-bas etmək üçün anti-Osmanlı görüntüsü verməsinlər deyə yeni bir tendensiya tapmışlar. Azərbaycanda yazdığı əsərlərində illərdir məzhəbçiliyin və təriqətçiliyin İslama vurduğu zərbəni açıq...
13 Avqust 2026, 12:03
Şəhərin qarmaqarışıq vətəndaşları: Şişdən tutmuş metroya və “lisenziyasız gözəlliyə” qədər
Yay fəslidir, amma bizimkıların “hərarəti” havadan daha yüksəkdir. Yardımlıda bir vətəndaş çayın soyuq gəlməyini “milli faciə” kimi qəbul edib, əlinə keçən şişi manqalda qızdırıb arvadına “dağ” basır. Şiş, bax, belə bir alətdir: kabab bişirmək üçün də istifadə olunur, arvad-uşaq “tərbiyələndirmək” üçün də. Məhkəmə də çox təəccüblənib, sanki Yardımlı dağlarında şişlə "işgüzar münasibətlər" qurulmasının yeni hüquqi presedent olduğunu bilmirmiş kimi.Həmin vaxt Hacıqabulda da başqa bir “ailə məhkəməsi” qapıdadır. Qayınata kürəkəni odun parçasıyla elə bir “tərbiyə” edib ki, hüquqşünaslar da, məhkəmə də məsələnin belə tez “barışıqla” həll olunmasına mat qalıb. Görünür, bizim cəmiyyətdə qanunvericilik bir yana, "odun və şiş konstitusiyası" daha sürətli...
13 Avqust 2026, 11:28
MEYXANAYA “YOX!” DEMƏYİN VAXTIDIR!
Meyxana söz sənəti, ədəbi-estetik zövq və sosial-mədəni fenomen kimi mübahisəlidir. Onu Azərbaycan mədəni həyatında uzun müddətdir mövcud olan, xüsusilə şifahi improvizasiya, ritmik söz demək və qarşılıqlı deyişmə üzərində qurulan folklor hadisəsi hesab etmək olarmı? Meyxana haqqında danışarkən iki fərqli məsələ: birincisi, meyxananın tarixi-mədəni fenomen kimi mövcudluğu; ikincisi isə onun ayrı-ayrı nümunələrinin bədii, dil və estetik keyfiyyəti çoxlu suallar doğurur. Meyxananı bütövlükdə bir sənət növü kimi qiymətləndirmək düzgün deyil, onun bayağı, kobud, söyüş və təhqir üzərində qurulan nümunələrini tənqid etmək isə zamanın tələbidir. Meyxananın əsas problemi sözün sənət səviyyəsindən məişət səviyyəsinə enməsidir. Söz sənətinin əsas xüsusiyyətlərindən biri fikrin sadəcə ifadə edilməsi deyil, onun bədii...
13 Avqust 2026, 10:52
Bu tarixdə dəhşətli istilər gəlir: Rekord qırılacaq
2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək.Citypost.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib.Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03°C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu.Beləliklə, temperatur göstəriciləri bu səviyyədə davam edərsə, 2026-cı ilin avqustu tarixdə ən isti avqust ayı kimi düşə bilər.Qeyd edək ki, 2026-cı ildə qlobal temperaturun rekord səviyyələrə çatacağı ilə bağlı beynəlxalq iqlim proqnozları da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2026–2030-cu illər arasında ən azı bir ilin 2024-cü ilin rekordunu geridə qoyması ehtimalı 86 faiz qiymətləndirilir. (Globalinfo.az)...
13 Avqust 2026, 10:10