MKA: "Azparking" adından fişinq hücumları var
Cəmiyyət 11 Noyabr 2026, 16:28
307
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşlara qarşı "Azparking" xidmətinin adından istifadə edilərək yeni fişinq hücumlarının həyata keçirildiyini müəyyən edib.
Citypost.az agentliyə istinadən xəbər verir ki, kiberdələduzlar xarici nömrələrdən istifadəçilərə "AZParking-Ödənilməmiş parkinq haqqı barədə bildiriş" başlığı altında saxta mesajlar göndərirlər. Mesajda balansın kifayət etməməsi və ya avtomatik ödənişin uğursuz olması bəhanəsilə saxta parkinq tarixi və borc məbləği (məsələn, 0,7 AZN) qeyd olunur.
İstifadəçiləri aldatmaq üçün mesajın daxilində "rəsmi veb-sayt" adı altında saxta keçidlər təqdim edilir. Həmin linkə daxil olduqda "Azparking" platformasının eynilə təqlid olunmuş səhifəsi açılır. Burada istifadəçilərdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və son addımda bank kartı məlumatları tələb olunur. Nəticədə vətəndaşların bank kartı rekvizitləri ələ keçirilir və pul vəsaitləri mənimsənilir.
MKA vətəndaşları bu cür hallara qarşı diqqətli olmağa çağırır və aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edib:
Rəsmi bildirişlər xarici ölkə kodlarına malik şəxsi və ya naməlum nömrələrdən göndərilmir.
Həmçinin oxuyun
SMS və ya messencer vasitəsilə daxil olan, xüsusilə daxilində şübhəli domen adları (məsələn, .top, .xyz və s.) qeyd edilən linklərə daxil olmayın.
"Azparking" və ya dövlət ödəniş sistemlərinin rəsmi domen adını brauzerin ünvan hissəsində mütləq dəqiqləşdirin.
Saxta və ya şübhəli veb-səhifələrdə dövlət qeydiyyat nişanı, mobil nömrə, bank kartının nömrəsi, bitmə tarixi, CVV/CVC kodu və ya SMS vasitəsilə gələn ikimərhələli təsdiqləmə kodlarını heç bir halda daxil etməyin.
Parkinq borclarınızı yoxlamaq və ya ödənişlərinizi həyata keçirmək üçün "Azparking" rəsmi mobil tətbiqi və ya dövlət ödəniş portallarından istifadə edin.
Ruslan Mirzəliyev İŞDƏN ÇIXDI
“Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyindən ayrılıb.Citypost.az xəbər verir ki, O, 1 saylı Bakı DOST Mərkəzinin direktoru vəzifəsindəki fəaliyyətini başa vurub.R.Mirzəliyev 2022-ci ilin dekabrından 2026-cı ilin sentyabrınadək DOST mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2021-ci ilin sentyabrından 2022-ci ilin dekabrınadək agentliyin İdarə Heyəti sədrinin müşaviri, 2019-cu ilin aprelindən 2021-ci ilin sentyabrınadək isə şöbə müdiri olub.Ruslan Mirzəliyev 2020-ci ilin avqustundan 2021-ci ilin sentyabrınadək Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini vəzifəsini tutub.Qeyd edək ki, R.Mirzəliyev 2021-ci ildə başlayan ilk "Yüksəliş" müsabiqəsinin qalibidir./Yurd.Media/...
11 Noyabr 2026, 16:30
Azərbaycanda bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.Noyabrın 6-10-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1280 reys həyata keçirilib, 37707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 220-dən çox reys həyata keçirilib.Bu müddət...
11 Noyabr 2026, 16:23
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının növbəti dörd il üçün yeni İdarə Heyəti formalaşdırılıb.Citypost.az xəbər verir ki, Fərhad Qaraşov yenidən İdarə Heyətinin sədri seçilib.“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Böyükağa Mustafayev, “Azərsun” Holdingin Kənd Təsərrüfatı şöbəsinin direktoru Bayram Mavis, “Mars FK LTD” MMM-in direktoru Seymur Cəbrayılov, “Agrofront” şirkətinin direktoru Rüfət Xələfov, “Red Valley” və “Red Paradise” şirkətinin direktoru Rəşad Şirinov, “Azorganik” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativinin təsisçisi Faiq Osmanlı və Sahibkar Fərhad Qaraşov İdarə Heyətinin üzvləri olub.Sahə iştirakçılarının təcrübəsini bir araya gətirən yeni İdarə Heyəti Azərbaycan narçılığının davamlı inkişafı, istehsalçı və ixracatçıların maraqlarının təmsil olunması, eləcə də yerli məhsulların xarici bazarlarda tanıdılması...
11 Noyabr 2026, 16:15
Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir?
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?Citypost.az “Qafqazinfo”a istinadən, həmin zabit mayor Eltürk Əli oğlu Rzabəylidir. Sumqayıt şəhərində doğulan Eltürk Rzabəyli Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçusudur.Eltürkün də xidmətinin ən yaddaqalan vaxtları 44 günlük Vətən Müharibəsi ilə bağlıdır. O, 6 il əvvəl müharibədə kapitan rütbəsi ilə döyüşüb. Şərəfli döyüş yolu keçən zabitimiz Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən əməliyyatlarda şəxsi igidlik və şücaət nümayiş etdirib.Rzabəyli torpaqlarımızın düşmən...
11 Noyabr 2026, 16:11
Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baș verib.xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.Məlumata görə, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır....
11 Noyabr 2026, 16:09
MKA: Dövlət Yol Polisinin adından fişinq hücumları var
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığını müşahidə edir.Citypost.az-a bu barədə Agentliyə istinadən xəbər verir.Məlumata görə, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimə ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi...
11 Noyabr 2026, 15:46