Minimum əmək haqqı ilə bağlı mühüm açıqlama
Cəmiyyət 11 Noyabr 2026, 13:42
322
Azərbaycanda minimum əmək haqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb.
Citypost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də minimum əmək haqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir:
Həmçinin oxuyun
"Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" qanunda minimum əmək haqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, həm də hər bir tərəfin rəhbərlik etdiyi və siyasətini həyata keçirdiyi orqanların və təşkilatların xüsusiyyətləri əsas götürüləcək. Bununla da minimum əmək haqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq".
Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
Bakının əsas giriş istiqamətlərindən biri olan 20 Yanvar ərazisində nəqliyyat sıxlığının azaldılmasına imkan verəcək Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, həyata keçirilən layihə Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı–Quba və Bakı–Şamaxı magistral yollarına çıxışını təmin edəcək.Layihə üzrə proqnozlara əsasən, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20–30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq.Ümumi uzunluğu təxminən...
11 Noyabr 2026, 13:11
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3-8° isti olacaq....
11 Noyabr 2026, 12:44
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti xanım İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli xanım Prezident,Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdiBu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".Qeyd edək ki, dünən Bolqarıstanda baş verən iki zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər həlak olub. Ölkədə 11 noyabr milli matəm günü elan edilib....
11 Noyabr 2026, 11:43
Azərbaycan XİN Polşa və Anqolanı Milli Gün münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında post paylaşılıb."Milli Gün münasibətilə Polşa xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!Milli Gününüz mübarək!" - paylaşımda qeyd edilib.
11 Noyabr 2026, 10:41
Şöbə rəisi qəfil vəfat etdi
Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev qəfil vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.Bildirilib ki, C.Alıyev uzun illər Bərdə Rayon İcra və Probasiya Şöbəsində çalışıb. Daha sonra Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.Şöbə rəisinin ürəktutmadan həyatını itirdiyi qeyd edilib.
11 Noyabr 2026, 09:56
Bakıya nə zaman qar yağacaq? - AÇIQLAMA
Son günlər Azərbaycanın bir sıra bölgələrində qar yağması, havanın temperaturunun aşağı düşməsi qış fəslinin gəlişini xatırladır. Bölgələrdə müşahidə olunan bu hava şəraiti paytaxt Bakıda da qar yağıb-yağmayacağı ilə bağlı marağı artırıb.Yaxın günlərdə Bakıda qar gözlənilirmi?Citypost.az xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev noyabr ayında bir çox dağlıq ərazilərdə qar yağması xarakterik haldır deyib."Azərbaycanın, xüsusilə də Yan silsilə və Baş Qafqaz sıra dağlarının ərazilərində sentyabrın ortalarından, hətta bəzən avqustun sonlarından qar yağması müşahidə olunur. Buna görə də hazırkı hava şəraitində qeyri-adi heç nə yoxdur.Hazırda Azərbaycan ərazisində yüksək atmosfer təzyiqinin müşahidə olunması antisiklon təsirinə işarədir. Bununla yanaşı, atmosferdə...
11 Noyabr 2026, 09:20