Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib

İqtisadiyyat 11 Noyabr 2026, 17:41

247

Azərbaycan və Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Citypost.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrənin Cenevrə şəhərinə səfər çərçivəsində noyabrın 10-11-də Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında (WIC 2026) iştirak edib.

Konfrans çərçivəsində "Qlobal investisiyaların növbəti onilliyi" mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb. İnvestisiyaların təşviqi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, o cümlədən WAIPA kimi beynəlxalq təşkilatların rolunun əhəmiyyəti vurğulanıb.

WIC 2026 müxtəlif ölkələrdən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və biznes dairələrinin təmsilçilərini bir araya gətirib. Konfransda qlobal investisiya tendensiyaları, dəyişən geosiyasi və iqtisadi şəraitdə investisiyaların cəlb edilməsi, beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.

Konfrans çərçivəsində E. Əliyev Vyetnamın Xarici İnvestisiyalar Agentliyinin baş direktorunun müavini xanım Bui Thu Thuy ilə görüşüb. Görüşdə Azərbaycan ilə Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı ticarət mübadiləsinin artırılması, enerji, nəqliyyat-logistika, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, eləcə də iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK – Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək.Bu yenilik hansı üstünlükləri vəd edir?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ölkədə pensiyaların ödənilməsi sahəsində bank monopoliyası mövcuddur:“Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə qeyd edib. Pensiyaçılara pensiyalarını müxtəlif banklardan almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlar üçün rahatlıq təmin edər. İnsanlar özlərinə yaxın olan bankı seçə bilər, eyni zamanda, bir bankın bankomatları qarşısında yaranan növbələr azalaraq müxtəlif banklar arasında bölünər. Beləliklə, bank monopoliyası da aradan qalxar....

11 Noyabr 2026, 09:35

Gürcüstan Azərbaycandan içki alışını artırıb

Gürcüstan 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları və içkilər idxal edib.Citypost.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın statistika məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıb.Hesabat dövründə Gürcüstanın ümumi ərzaq və içki idxalı isə 15,5 faiz artaraq 1 milyard 745 milyon dollara çatıb.

10 Noyabr 2026, 18:15

"Gilan Holding"ə daxil olan şirkətə maya qoyuldu

"Gilan Holding" şirkətlər qrupuna daxil olan şirkətə maya qoyulub.Citypost.az Yurd.Media-ya istinadən xəbər verir ki, "Business Management Group Companies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalını 150 min manat artıraraq 9 198 500 manata çatdırıb.Qeyd edək ki, "Gilan Holding"in 2019-cu ildə təsis etdiyi "Business Management Group Companies" MMC-nin direktoru Zülfiqar Babayevdir.

10 Noyabr 2026, 13:35

Bəzi ikinci əl avtomobillər ucuzlaşacaq

Azərbaycanda rəsmi dilerlərin satdığı bəzi ikinci əl avtomobillərə əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Layihə qəbul edilərsə, həmin avtomobillərin qiymətinin azalmasına imkan yarana bilər.Citypost.az  xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında məlumat verilib.Milli Məclisdə müzakirə olunan layihəyə əsasən, ƏDV-nin avtomobilin tam satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.Məsələn, diler avtomobili 20 min manata alıb 22 min manata satarsa, verginin hesablanmasında 2 min manatlıq fərq əsas götürüləcək.Deputat Vüqar Bayramov bildirib ki, təklif rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi, istehsal tarixindən beş ildən artıq keçməyən ikinci əl avtomobillərin fiziki şəxslərə satışını əhatə edəcək. Güzəştin üç il...

10 Noyabr 2026, 12:18

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib."Report" Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx III Msvati məlumat verib.Onun sözlərinə görə, E.Ağalarov krallığa 1,65 milyard lilangeni investisiya yatırmaq öhdəliyi götürüb. E.Ağalarovun bu açıqlamanı Mbabane və Manzini şəhərləri arasında yerləşən mənzərəli turizm vadisi olan Ezulvinidə verdiyi bildirilir."Bu öhdəlik kiçik Cənubi Afrika krallığının investisiya konfransları və monarxın beynəlxalq dövlət səfərləri vasitəsilə xarici kapitalın cəlb edilməsi istiqamətində göstərdiyi səylərdə növbəti mühüm addım oldu", - nəşrdə qeyd olunur.Bu vədin Msvatinin may ayında Azərbaycana səfərindən sonra verildiyi vurğulanır....

09 Noyabr 2026, 18:43

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5% artıb

Noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 905.579-a çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.Bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,5 faiz artaraq 62.779 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,8 faiz artıb və 248.695 olub.

06 Noyabr 2026, 17:43