Arvadının iynə vurduğu kişi öldü - Foto
Hadisə 11 Noyabr 2026, 11:52
288
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.
Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.
1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.
Həmçinin oxuyun
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub
Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub."Report" xəbər verir ki, Şamaxı şəhər sakini ruhi xəstə 1976-cı il təvəllüdlü Pakizə Gülaməddin qızı Piriyeva həyətindəki su çəninə düşüb boğularaq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
11 Noyabr 2026, 10:58
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Tərtərdə həmkəndlisi S.A-ya “Kalaşnikov”la atəş açan 1990-cı il təvəllüdlü B.Q-nin məhkəmə prosesi başa çatıb.Citypost.az Xitab24.az-a istinadən əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Cinayət Məcəlləsinin 29, 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən B.Q. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. B.Q. bu səbəbdən S.A-ya kənddən getməsi ilə bağlı xəbərdarlıq edib. Hadisələrin davamında təqsirləndirilən şəxs zərərçəkmişin “VAZ-21014” markalı avtomobilinə “Kalaşnikov”la atəş açıb.Avtomatdan atılan güllələrin heç biri S.A-ya dəyməsə də, avtomobili zərər görüb. Hadisədən sonra təqsirləndirilən şəxs polisə təslim olub.Qeyd edək ki, hadisəni...
11 Noyabr 2026, 09:28
Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb.Citypost.az xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb.Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar.Sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfəri it dişləyib.Onlar bildirirlər ki, bu, massivdə ilk belə hadisə deyil, ərazidə sahibsiz itlərin sayı artır. Xüsusilə səhər erkən və axşam saatlarında həyətə çıxmağa ehtiyat edirlər. Uşaqlarını məktəbə göndərən valideynlər də narahatdırlar. Deyirlər ki, müxtəlif qurumlara müraciət ediblər, amma nəticə olmayıb.Daha ətraflı “Xəzər TV”nin süjetində:...
11 Noyabr 2026, 09:16
Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günündə vəfat edib.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib.Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb.Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir.
10 Noyabr 2026, 17:35
Nəvəsinin andiçməsinə gedən yaşlı kişi itkin düşüb
Astara sakini Gəncədə itkin düşüb.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş.M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəsi ilə görüşüb, həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb. Hadisə ilə bağlı artıq polisə məlumat verilib, onun axtarışları davam etdirilir.Qeyd edək ki, Mirzəcan Hüseynovun əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olub. Onun haqqında məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur....
10 Noyabr 2026, 16:59
Sumqayıtda avtomobil yandı
Sumqayıt şəhərində avtomobil tamamilə yanıb.Citypost.az xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində, Azərbaycan prospektində qeydə alınıb.1991-ci il təvəllüdlü şəhər sakini Elxan Elman oğlu Qədəşova məxsus "Chevrolet" markalı minik avtomobili naməlum səbəbdən yanaraq yararsız hala düşüb.Yanğının başvermə səbəbləri araşdırılır.
10 Noyabr 2026, 15:56