Bakıda gecə klubları işlədən Harun Reşit Can necə “hicab cəfakeşi” oldu?
Cəmiyyət 11 Noyabr 2026, 15:32
277
Son bir neçə gündür sosial medianın Türkiyə seqmentində Azərbaycanla bağlı növbəti qərəzli videolar paylaşılır. Videoları ilk yayanlar “Türk milleti” adlı “Facebook” səhifəsi, həmçinin “Turk_milletiyiz” və “Türk millətinin gerçək səsi” adlı “Instagram” profilləridir.
Məlum olur ki, adıçəkilən səhifələr xüsusilə ölkəmizdə son dövrlər müzakirə olunan geyim qaydaları və hicab mövzusunu hədəf seçərək cəmiyyətdə süni gərginlik yaratmağa, emosiyalar üzərindən oynamağa çalışırlar. Həmin səhifələrin yaydığı paylaşımları nəzərdən keçirdikdə onların spekulyativ üsullardan istifadə etdiyi açıq görünür. Belə ki, bu platformalarda məktəb qarşısında baş verən müəyyən epizodlar təhrif olunaraq müxtəlif iddialarla tirajlanıb:
“Bakü'de bir yanda kipalı çocuklar sınıfta, öbür yanda tesettürlü çocuk kapı dışarıda...” - dini ayrı-seçkilik təəssüratı yaratmaq üçün məktəblərdəki vəziyyət qütbləşdirilir, sərt və təhqiramiz ifadələrlə oxucularda qəzəb hissi oyadılmağa çalışılır.
“Hicab namustur!” və digər emosional çağırışlar - Abdullah Kalınsazlıoğlu kimi fiqurların sərt çıxışları tirajlanaraq mövzu müzakirə müstəvisindən çıxarılır, həssas dəyərlər vasitəsilə auditoriya birbaşa aqressiyaya sövq edilir.
Kontekstdən çıxarılmış sitatlar - ölkə rəhbərliyinin başqa kontekstdə işlətdiyi fikirlər məktəb qapısında ağlayan uşaqların və narahat valideynlərin görüntüləri ilə süni şəkildə birləşdirilərək süni gərginlik formalaşdırılmağa çalışılır.
Şəhid ailələri və qazilərin duyğularından sui-istifadə - xüsusilə şəhid qızının məktəbə buraxılmadığı iddiası və ya Qarabağ qazisinin dilindən yazılmış dramatik fəryadlar (“Ben bu kolu bunun için mi feda ettim?”) vasitəsilə ən həssas tellərə toxunulur, cəmiyyətdə daxili nifaq salınması hədəflənir.
Göründüyü kimi, sosial medianın türk seqmentindəki bu səhifələr heç də obyektiv məlumat yaymaqla məşğul deyil - əksinə, dini və milli həssaslıqları qızışdırmaq üçün hər üsula əl atırlar.
Citypost.az xəbər verir ki, “Qafqazinfo” xəbər verir ki, Faktyoxla.az Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bu hesabları idarə edən şəxsin kimliyini araşdırıb.
“Türk milleti” səhifəsini araşdırmaq çox vaxt aparmadı. Belə ki, bu hesabın “Facebook” profilinin “Haqqımızda” bölməsində [email protected] elektron poçt ünvanı qeyd olunub.
Sözügedən elektron poçt ünvanı Ankara şəhərində fəaliyyət göstərən “Hürnet” internet provayder şirkəti üzərində qeydiyyatdadır və bu provayder artıq bir neçə ildir ki, fəaliyyət göstərmir.
Bu elektron poçt ünvanının isə “Harun Reşit Can” adlı birinə məxsus olduğu müəyyən edilib.
Bu şəxsin “Linkedİn” hesabında 2009-2016-cı illərdə Bakı Dövlət Universiteti “Mülki mühəndislik” fakültəsində təhsil aldığı yazılıb. Halbuki, Bakı Dövlət Universitetində indiyə kimi elə bir fakültə mövcud olmayıb.
“Youtube” axtarışlarında bu şəxsə aid ola biləcəyi ehtimal edilən iki kanal aşkarlanıb.
Birinci “Youtube” kanalının videolar bölməsində ancaq iş adamı Harun Reşit Canın biznes həyatı haqqında köhnə tarixlərdə yayınlanmış müxtəlif videolar yerləşdirilib. İkinci kanalda isə bir neçə köhnə tarixli video var.
“Qısa videolar” bölməsində paylaşılan bütün videolarda @turk_milletiyiz və #turkmilleti “su nişanları” qeyd olunub.
"Türk millətinin gerçək səsi" adlı “Instagram” səhifəsindəki paylaşımları ilk bəyənənlər arasında “Harun Reşit Can” adlı hesab aşkar etdik.
“Instagram” hesabında bir çox statusun sonunda #harunresitcan həştəqinə və @harunresitcann təqinə rast gəlinir.
“Türk millətinin gerçək səsi” adlı “X” profilinin “Haqqında” bölməsində hesabın qeydiyyatdan keçdiyi yer kimi ABŞ göstərilir. Həmçinin “Turk milleti” adlı “Facebook” hesabında əlaqə nömrəsi kimi +12012419562 göstərilib ki, bu da ABŞ nömrəsidir.
Əlavə olaraq bildirək ki, “Harun Reşit Can” adına olan “Tiktok” hesabında onun 2024-cü ilin sonlarından etibarən ABŞ-də yaşadığı görünür.
Həmçinin oxuyun
Həmçinin bu şəxsin “X” hesabı da məhz ABŞ-də açılıb.
Harun Reşit Canın “tiktok” hesabında ağır yük maşını sürdüyünə dair videolar yerləşdirilib ki, bu onun “Instagram” hesabında haqqımızda bölməsində paylaşdığı məlumatlarla üst-üstə düşür. Həmin məlumatlarda qeyd olunurdu ki, Harun Reşit Can "HRC transportation LLC (MMC)nin təsisçisidir.
Araşdırma zamanı onun vaxtı ilə Azərbaycanda da bizneslərinin olduğu müəyyənləşdirilib. Belə ki, bu şəxs Bakıda fəaliyyət göstərən bir neçə “gecə klubu”nun ("Hasbi meyhane", "Ufo klub" kimi) sahibi olub.
2023-cü ildə mediada yer alan xəbərlərə görə, bu şəxsin vergi ödəyicisi kimi külli miqdarda borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına bir müddət qadağa qoyulub.
Məlum olur ki, Azərbaycana qarşı bu cür qisas kampaniyası aparanların hərəsinin öz səbəbi var - bəziləri ermənipərəst (Gergerlioğlu kimi), bəziləri erməni mənşəli (Cahit Tuz kimi), bəziləri nurçu və ya İsmailağa təriqətinin üzvləri, digərləri isə “Hizb-ut Tahrir”, “Mazlumder” və “HÜDA PAR” kimi üçüncü ölkələrin maraqlarını təmsil edən şəxslərdir. Hərə bir bəhanə ilə ölkəmizə hücum edir.
Göründüyü kimi, sosial medianın türk seqmentində Azərbaycana qarşı növbəti “hicab həssaslığı” bəhanəsi ilə başladılan kampaniya heç də səmimi dini narahatlıqdan və ya haqq-ədalət mübarizəsindən qaynaqlanmır. Əksinə, məktəb qapılarındakı ayrı-ayrı görüntüləri təhrif edərək, cəmiyyətin ən həssas damarı olan şəhid ailələri və qazilərin adından sui-istifadə etməklə qurulan bu “şou” məqsədli qarayaxma kampaniyasıdır.
Bu manipulyasiyaların arxasında dayanan şəxsin kimliyi - Bakıda gecə klubları işlədən, külli miqdarda vergi borcu səbəbindən ölkədən çıxışına stop qoyulan və hazırda ABŞ-də məskunlaşan Harun Reşit Can faktı məsələnin əsl mahiyyətini ortaya qoyur. Biznes uğursuzluğunun və maliyyə borclarının qisasını ölkəmizdən almağa çalışan bu kimi fərdlər uydurma bəhanələrlə ictimai rəyi yanıltmağa çalışırlar.
Beləliklə, saxta “hicab cəfakeşliyi” pərdəsi altında gizlənən şəxsi maraqlar və maliyyə qisasçılığı növbəti dəfə ifşa edilmiş oldu.
Gələn il maaş və pensiyalar artırıla bilər – Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda böyük sosial paket həyata keçiriləcək".Citypost.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında deyib.Nazir xatırladıb ki, prezidentin təşəbbüsü ilə silsilə şəkildə ardıcıl olaraq Azərbaycanda sosial paket islahatları həyata keçirilib:"Həmin islahatlar çərçivəsində ölkə üzrə minimum əməkhaqqı, minimum pensiyalar və müavinətlər dəfələrlə artırılıb. Onun əhatə dairəsi də orta hesabla paketin hansı ildə həyata keçirilməsindən asılı olaraq 2 milyondan 3 milyon insan arasında dəyişib. Biz çox kiçik dövr ərzində minimum əməkhaqqını 130 manatdan 400 manata çatdırmışıq. Minimum pensiyanı...
11 Noyabr 2026, 14:40
Şərab qalmaqalı ilə bağlı şirkət rəhbərindən açıqlama: "Ermənilərdən qalıb"
Xankəndi Xindoqnı" markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (erməni şərabı) yazılmasına aydınlıq gətirilib.Citypost.az xəbər verir ki, məsələ ilə bağlı "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov Oxu.Az-a açıqlama verib.O bildirib ki, sözügedən şərablar Xocalı şəhərindəki keçmiş "Girs" şərab zavodunun istehsalıdır:"Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlar tərəfindən müvafiq müqavilələrlə rəsmi qaydada şirkətə təhvil verilib".M.Mahmudovun sözlərinə görə, həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb.Onun sözlərinə görə, Xankəndidən altı növ üzüm şərabı gətirilib və məhsulların hər biri fərqli etiketlərlə satışa çıxarılıb.M.Mahmudov bildirib ki, "Xankəndi Xindoqnı" adındakı Xindoqnı üzüm sortunun...
11 Noyabr 2026, 14:31
Minimum əmək haqqı ilə bağlı mühüm açıqlama
Azərbaycanda minimum əmək haqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb.Citypost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də minimum əmək haqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir:"Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" qanunda...
11 Noyabr 2026, 13:42
Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
Bakının əsas giriş istiqamətlərindən biri olan 20 Yanvar ərazisində nəqliyyat sıxlığının azaldılmasına imkan verəcək Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, həyata keçirilən layihə Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı–Quba və Bakı–Şamaxı magistral yollarına çıxışını təmin edəcək.Layihə üzrə proqnozlara əsasən, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20–30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq.Ümumi uzunluğu təxminən...
11 Noyabr 2026, 13:11
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3-8° isti olacaq....
11 Noyabr 2026, 12:44
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti xanım İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Hörmətli xanım Prezident,Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdiBu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".Qeyd edək ki, dünən Bolqarıstanda baş verən iki zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər həlak olub. Ölkədə 11 noyabr milli matəm günü elan edilib....
11 Noyabr 2026, 11:43