Bizə yazın

Baku

-°C

USD

-

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

Cəmiyyət 31 Dekabr 2024, 10:45

309

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

 

Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, təbrikdə deyilir:

 

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu əlamətdar gün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini təcəssüm etdirir. Xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin müstəqilliyi, suverenliyi naminə həmrəyliyin nə qədər vacib olduğunu bir daha xatırladır.

 

Tarixi sınaqlardan qəhrəmanlıqlarla çıxmış dünya azərbaycanlılarının həmrəyliyinin, xalqımızı uğurlara aparan azərbaycançılıq ideyasının rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin nailiyyətləri həmvətənlərimizin müstəqil dövlətimizin ətrafında birləşməsini təmin edən mühüm amildir.

 

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, ordumuzun kadr hazırlığı, müasir silah və texnikalar ilə təchiz edilməsi və döyüş potensialının artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan Ordusu müzəffər və qalib ordu statusuna sahib olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə xalqımızı daha da sıx birləşdirərək uğurlu gələcəyə inamını möhkəmləndirmişdir. Ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilmiş, milli maraqları, əhalisinin rifah və dəyərləri qorunan respublikamız regionun lider dövləti olmuşdur.

 

Hər zaman olduğu kimi bu bayram günündə ölkəmizin müstəqilliyinin, suverenliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizi hörmət və ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ailə üzvləri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımız daimi qayğı ilə əhatə olunmuşdur. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımızı “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

 

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalacaq, Vətən müharibəsində əldə olunan qələbədən ruhlanaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

 

Bir daha “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibətilə hər birinizi ürəkdən təbrik edir, qarşıdan gələn yeni 2025-ci ildə Sizə möhkəm cansağlığı, uzun ömür, sevinc dolu firavan günlər, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

 

Bayramınız mübarək olsun!".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...

14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA

"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".

14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik  

Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.

14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq  

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə 

14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq  

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən 

14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq  

Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

14 Mart 2025, 13:13