Prezident fərman imzaladı
Cəmiyyət 07 Yanvar 2025, 16:39

786
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Citypost.az fərmanın mətnini təqdim edir:
1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 245 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına, 1-ci hissəyə və 2.3-cü bəndə “iaşə” sözündən sonra “, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində fəaliyyət” sözləri əlavə edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” üzrə:
1.2.1. adına, 1.1-ci bəndə, 2.0.1-ci, 2.0.7-ci və 4.2.2-ci yarımbəndlərə “iaşə” sözündən sonra “, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində fəaliyyət” sözləri əlavə edilsin;
1.2.2. 5.6-cı bəndə “təşkil edir” sözlərindən əvvəl “, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə isə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini” sözləri əlavə edilsin və həmin bənddən “isə” sözü çıxarılsın.
2. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6, maddə 647) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adına, 1-ci hissəyə və 4.3-cü bəndə “mallara” sözündən sonra “, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə” sözləri əlavə edilsin;
2.2. 7.1-ci bəndə “yoxlanılmasının” sözündən sonra “, tibbi xidmətlər göstərilməsinin” sözləri əlavə edilsin;
2.3. həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə:
2.3.1. adına “mallara” sözündən sonra “, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə” sözləri əlavə edilsin;
2.3.2. 1-ci hissə üzrə:
2.3.2.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən onlara göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava və su nəqliyyatı vasitəsilə aparılarkən və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini hava və su nəqliyyatı vasitəsilə tərk edərkən geri qaytarılması qaydasını tənzimləyir.”;
2.3.2.2. 1.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə isə həmin şəxslər tibbi xidmətlərin göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda şamil edilir və müvafiq xidmətlərə görə ödənilmiş ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.”;
2.3.2.3. 1.4-cü bəndə “malların” sözündən sonra “, tibbi xidmətlərin” sözləri əlavə edilsin;
2.3.3. 2-ci hissə üzrə:
2.3.3.1. 2.0.1-ci yarımbəndə “malları” sözündən sonra “, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətləri” sözləri əlavə edilsin;
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
2.3.3.2. 2.0.2-ci yarımbəndə “keçirmək” sözündən sonra “və ya tibbi xidmətlər göstərmək” sözləri əlavə edilsin;
2.3.4. 3-cü hissə üzrə:
2.3.4.1. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərə “ticarət” sözündən sonra “və ya tibb” sözləri əlavə edilsin;
2.3.4.2. 3.10-cu bəndə “satışının” sözündən sonra “və ya tibbi xidmətlər göstərilməsinin” sözləri əlavə edilsin;
2.3.5. 4.2.2-ci yarımbəndin 1-ci abzasına “mallar” sözündən sonra “və göstərilmiş tibbi xidmətlər” sözləri əlavə edilsin;
2.3.6. 5-ci hissə üzrə:
2.3.6.1. 5.1-ci bəndə “malların” sözündən sonra “və ya göstərilmiş tibbi xidmətlərin” sözləri əlavə edilsin;
2.3.6.2. aşağıdakı məzmunda 5.2.6-1-ci yarımbənd əlavə edilsin:
“5.2.6-1. göstərilmiş tibbi xidmətin adı, qiyməti və həmin qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği və ödənişin forması (nağd və ya nağdsız);”;
2.3.6.3. 5.2.7-ci yarımbəndə “mala” sözündən sonra “və ya göstərilmiş tibbi xidmətə” sözləri əlavə edilsin;
2.3.6.4. 5.2.8-ci yarımbəndə “rekvizitləri” sözündən sonra “, etibarlılıq (istifadə) müddəti” sözləri əlavə edilsin;
2.3.7. 6-cı hissə üzrə:
2.3.7.1. 6.1-ci bəndin birinci abzasına “mallar” sözündən sonra “və ya alıcı Azərbaycan Respublikasının ərazisini tərk etdikdə ona göstərilmiş tibbi xidmətlər” sözləri əlavə edilsin;
2.3.7.2. 6.1.1-ci yarımbəndə “mallara” sözündən sonra “və göstərilmiş tibbi xidmətlərə” sözləri əlavə edilsin;
2.3.7.3. 6.1.3-cü yarımbəndin üçüncü cümləsinə “mallarla” sözündən sonra “və göstərilmiş tibbi xidmətlərlə” sözləri əlavə edilsin;
2.3.7.4. 6.2-ci bəndin dördüncü cümləsinə “mövcudluğu” sözündən sonra “, müvafiq tibbi xidmətlərin təqdim edilib-edilməməsi” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmanın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.
4. Bu Fərmanın 1-ci hissəsi 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
5. Bu Fərmanın 2-ci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...
14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA
"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".
14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.
14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə
14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən
14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
14 Mart 2025, 13:13