Bizə yazın

Baku

-°C

USD

-

EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi

Cəmiyyət 10 Yanvar 2025, 11:49

176

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətləri Azərbaycan Hava Yollarına (AZA) məxsus sərnişin təyyarəsinin Qroznıda HHM sisteminin hücumuna məruz qalması nəticəsində Aktauda qəzaya uğramasından sonra Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-Don və Samara daxil olmaqla, Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb.

Citypost.az xəbər verir ki, EASA öz tövsiyəsini Ukraynaya qarşı davam edən müharibə ilə əsaslandırıb. Belə ki, hakimiyyət orqanları ilə hərbçilər arasında zəif koordinasiya, eləcə də yanlış identifikasiyanın Rusiya səmasında mülki təyyarələrə təsadüfi hücum riski yaratdığı vurğulanıb.

“Xüsusilə, Ukrayna raketləri və pilotsuz təyyarələrinin ölkənin dərinliklərinə buraxılmasına cavab olaraq işə salınan Rusiya hava hücumundan müdafiə sistemi təhlükə yaradır”, - məlumatda bildirilib.

Hazırda AB-nin heç bir aviaşirkəti Rusiyaya və ya Rusiya üzərindən uçuşlar həyata keçirmədiyi üçün EASA-nın tövsiyəsi müharibə ilə bağlı risklərə baxmayaraq, bunu davam etdirən üçüncü ölkə daşıyıcılarına ünvanlanıb.

Tövsiyə 31 iyul 2025-ci il tarixinədək qüvvədə qalacaq, lakin təhlükəsizlik vəziyyətindən asılı olaraq daha əvvəl nəzərdən keçirilə və ya geri götürülə bilər.

Artıq yeddi xarici aviaşirkət Rusiyaya uçuşları qismən ləğv etmək barədə qərar qəbul edib. Onların arasında Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Ərəbistanın “Flydubai”, Serbiyanın “Air Serbia”, Özbəkistanın “Qanot Şərq” və Türkmənistan Hava Yolları var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...

14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA

"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".

14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik  

Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.

14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq  

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə 

14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq  

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən 

14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq  

Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

14 Mart 2025, 13:13