Bizə yazın

Baku

-°C

USD

-

Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır

Cəmiyyət 10 Yanvar 2025, 12:13

384

Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Eldəniz Səlimovun vəziyyəti, səhhəti normaldır.

Citypost.az xəbər verir ki, bu barədə Teleqraf.com-a onun yaxınları məlumat verib.

Bildirilib ki, E.Səlimovun həbs müddəti gələn ay başa çatacaq və fevralın əvvəlində həbsxanadan buraxılacaq.

Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da sabiq deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.

Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.

2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığı ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.

Parlamentin 3 avqust 2021 tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub. 27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.

2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...

14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA

"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".

14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik  

Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.

14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq  

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə 

14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq  

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən 

14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq  

Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

14 Mart 2025, 13:13