Bizə yazın

Baku

-°C

USD

-

35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

Cəmiyyət 15 Yanvar 2025, 09:48

268

Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik və əksepidemik tədbirlər davam etdirilir.

Bu barədə Citypost.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, vaksinasiya prosesinə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayından başlanılıb: "2025-ci ilin yanvar ayının 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 431 nəfər 0-17 yaş aralığı, 29 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir".

Qeyd edilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir: "Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...

14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA

"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".

14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik  

Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.

14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq  

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə 

14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq  

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən 

14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq  

Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

14 Mart 2025, 13:13