Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək
Cəmiyyət 24 Yanvar 2025, 11:13

487
Bu ilin 24-25 aprel tarixlərində Azərbaycan Kosmik Texnologiyalar Konfransına (Space Technology Conference STC-2025) ev sahibliyi edəcək.
Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Tədbir Azərkosmosun “Dialogue Events Ltd.” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.
Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqların qurulması üçün unikal bir platformadır.
Bu il tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradacaq.
Konfrans kosmos sahəsində 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirəcək. Bakı “STC-2025” konfransına Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan iştirakçılar qatılacaq.
Artıq dördüncü dəfə keçiriləcək “STC” konfransında kosmik agentliklərin liderləri, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.
Konfransda:
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi;
Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu;
Kosmik sənayedə innovasiya və investisiyalar;
Kiçikölçülü peyklər;
Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası;
Regional çağırışlar üçün peyk texnologiyalarının rolu kimi aktual mövzulara toxunulacaq.
Qeyd edək ki, konfransdan bir gün əvvəl – 23 apreldə Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin növbəti toplantısı keçiriləcək.
Tədbir və qeydiyyat haqqında ətraflı məlumatı buradan buradan əldə etmək olar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident onları təltif etdi - Siyahı
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilib:3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləƏsgərov Vasif Asif oğlu – polkovnik-leytenantMirzəyev Ruslan Cəmil oğlu – polkovnik-leytenant“Vətən uğrunda” medalı iləİsmayılov Ramin Əfsələddin oğlu – polkovnik-leytenantBehbudov Nofəl Arif oğlu – mayor“Hərbi xidmətlərə görə” medalı iləAbbasov Hafiz Sakit oğlu – polkovnik-leytenantƏləkbərov Eldəniz Yaşar oğlu – polkovnik-leytenantAbdullayev Tural Front oğlu – mayorEyvazlı Pərviz Barat oğlu – mayorMayılov Elməddin Nəcməddin oğlu – mayorMusayev İlqar Sabir oğlu –...
15 Mart 2025, 13:29

Qərargah rəisi intihar etdi - Foto
Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib.Onun meyiti yaşadığı evin həyətində aşkar edilib.Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
15 Mart 2025, 11:16

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...
14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA
"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".
14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.
14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə
14 Mart 2025, 16:37