Nazirlik hamilələri qripə qarşı peyvənd olunmağa çağırıb
Cəmiyyət 18 Fevral 2025, 12:42

786
Ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Bəs mövsümi viruslardan qeyri-spesifik qorunma yolları nələrdir?
Mütəxəssis-ekspert bildirib ki, bunlar maska geyilməsi, sosial məsafənin gözlənilməsi, respirator və əl gigiyenasına əməl etməkdir.
Kəskin respirator infeksiyalarla bağlı risk qrupuna kimlər daxildir?
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
“Kiçik yaşlı uşaqlarla bərabər anadangəlmə və ya qazanılmış immunçatmazlığı, o cümlədən HİV infeksiyası olanlar, tənəffüs və digər orqan və sistemlərin digər ağır xroniki xəstəliyi, genetik və metabolik pozuntuları, məsələn, şəkərli diabeti olanlar, piylənmədən əziyyət çəkənlər, habelə hamilə qadınlar, ahıl şəxslər də xəstəliyin ağır gedişinin və fəsadlaşmasının risk qrupuna aid edilirlər”, infeksionist qeyd edib.
Hamilələrin qripə qarşı vaksinasiya olunması olduqca vacibdir
Onun sözlərinə görə, hamilələrin immuniteti orqanizmdə hamiləliklə bağlı hormonal dəyişikliklərlə əlaqədar zəifləyir: “Ona görə, hamilə qadının həm yoluxmaq riski daha yüksəkdir, həm də onlarda virus infeksiyaları daha ağır keçə bilər. Hamiləlik zamanı qriplə xəstələnmək həm ana, həm də döl üçün təhlükəlidir. Ən ağır fəsadlar düşük və vaxtından qabaq doğuşdur. Hətta ananın xəstəliyi yüngül keçirməsinə baxmayaraq, dölün inkişaf qüsurları, bir çox orqanlarının ağır dərəcəli zədələnmələri, bəzən bətndaxili ölüm baş verə bilər. Bu nəticələrin qarşısının alınması üçün hamilə qadının qripə qarşı vaksinasiya olunması olduqca vacibdir”.
Qrip və digər kəskin respirator infeksiyalar hansı ağırlaşmalar yarada bilir?
Nazirliyin mütəxəssis-ekspert qeyd edib ki, məhz risk qrupuna daxil olan şəxslərdə pnevmoniya, orta qulağın iltihabı, meningit və ensefalitlər, miokardit, 3 yaşından kiçik uşaqlarda yalançı larinqotraxeit və başqa ağırlaşmalar rast gəlir: “Qrip və kəskin respirator virus infeksiyaları əsasən hava-damcı üsulu ilə yayılır və yoluxma halları daha çox insanların çoxsaylı təmasları olan məkanlarda baş verir. Bundan əlavə, yoluxmanın risk qrupuna xidmət sahəsi, nəqliyyat işçiləri, təhsil müəssisələrinin əməkdaşları, hamilə qadınlar, məktəblilər, immundefisitli şəxslər və digərləri aiddir”.(apa)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...
14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA
"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".
14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.
14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə
14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən
14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
14 Mart 2025, 13:13