Azərbaycanlı bloger həbs olundu - VİDEO
Cəmiyyət 20 Fevral 2025, 11:29

1550
Qətərdə təhsil alan və yaşayan azərbaycanlı bloger həbs olunub.
Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə bolger kimi məşhurlaşan Nurlan Abdullayev təhsil aldığı və yaşadığı ölkədə həbs olunub.
Məlumata görə,azərbaycanlı bloger kirayə yaşadığı evdə onunla birgə qalan şəxslərlə aralarında yaranan insidentə görə saxlanılıb.
Bu barədə Nurlan Abdullayev məlumat verib.
"Mənim kirayə götürdüyüm evdə yaşayan Əlcəzairdən olan tələbələr evin kirayə pulunu vermirdilər. Mən onlardan kirayə pulunu vermələrini tələb etdikdə mənimlə dava etməyə başladılar. Daha sonra polisə müraciət etdim ki,bu məsələdə mənə yardımçı olsun. Polis məsələdə cinayət əməlinin olmadığını və bizim aramızda problemi həll etməli olduğumuzu bildirdi. Mən də əlacsız qalıb həmin Əlcəzairdən olan tələbələrin pulu ödəmədən evi tərk etmələrini xahiş etdim.Bu zaman onlardan biri paltarını cıraraq,özünə xəsarət yetirərək məni şərlədi.Məni Qətər polisi apardı.6 gün həbsxanada yatdım.Atam-anam mənimlə əlaqə saxlaya bilmədikləri üçün çox narahat oldular. Çox xoşbəxtəm ki,Azərbaycan vətəndaşıyam. Sonda Azərbaycan Respublikasının Qətərdə yerləşən səfirliyinindən Eldəniz və Araz müəllimin davamlı dəstəyindən sonra məsələ yerini tapdı.Mənim günahsız olduğum üzə çıxdı və azadlığa buraxıldım.Bu günə qədər həmin şəxslər evi tərk etməyiblər...",deyə Qətərdə həmyerlimiz bildirib.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Oxu: Camış əti nələrə dərman imiş? - FAYDALARI
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...
14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA
"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".
14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.
14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə
14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən
14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
14 Mart 2025, 13:13