Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb
Cəmiyyət 27 Fevral 2025, 12:12

582
Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
“Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkin düşmə faktı ilə bağlı Dövlət Komissiyasına yeni müraciətlərin sayı artıb. Bu müraciətlər eyni zamanda, Xocalı soyqırımı zamanı yaxınları itkin düşmüş şəxslər tərəfindən də edilir. Deyə bilərəm ki, 2024-cü ildə edilmiş müraciətlərin araşdırılması nəticəsində daha 13 vətəndaşımızın Xocalı soyqırımı zamanı itkin düşməsi faktı müəyyən edilib və onlar müvafiq qaydada itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar”, - Eldar Səmədov vurğulayıb.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
O qeyd edib ki, 01.02.2025-ci il tarixə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyanın qeydiyyatındadır: “Onlardan 168 nəfəri mülki, 42 nəfəri hərbçidir. Mülki şəxslərdən 38 nəfər uşaq - 23 oğlan və 15 qız, 57 nəfər qadın - 15 nəfəri ahıl yaşlı qadın, 30 nəfər qoca da var. İtkin düşmüş 210 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanmasına dair şahid ifadələri var”.(apa)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən
14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
14 Mart 2025, 13:13

Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK
Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.
14 Mart 2025, 12:51

17 polis xidmətdən xaric edildi
Ötən il daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 daxili işlər orqanının əməkdaşı intizam qaydasında cəzalandırılıb.
14 Mart 2025, 12:42

Daha 24 ailə Ballıcaya yola salındı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
14 Mart 2025, 12:38

Baş nazir Milli Məclisdə hesabat verir
Hökumət Milli Məclisdə hesabat verir.
14 Mart 2025, 11:30