Bizə yazın

Baku

-°C

USD

-

Fidan: "Ankaranın problemi İsrailin sionist siyasəti ilə bağlıdır"

Dünya 28 Fevral 2025, 14:29

414

"Türkiyənin yəhudilərlə problemi yoxdur, Ankaranın problemi İsrailin sionist əsaslı ekspansionist siyasəti ilə bağlıdır".

Citypost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Səfir də daxil olmaqla bütün İsrail diplomatları 2023-cü ilin oktyabrında Türkiyəni tərk edib.

2023-cü ilin noyabrında Türkiyə Xarici İşlər Nazirliyi Təl-Əvivdəki səfiri Şakir Torunları Qəzza zolağında baş verən hadisələrin fonunda məsləhətləşmələr aparmaq üçün Ankaraya geri çağırdığını elan edib. İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, Türkiyənin bu qərarı Ankaranı HƏMAS-a daha da yaxınlaşdırır.

“Bildiyiniz kimi, Türkiyə İsrail dövlətini tanıyan ilk ölkələrdən biri olub. Bu prosesdə bircə həssaslığımız var: Qüds və Fələstin xalqı. Bu, xalqımızın həssaslığıdır. Türkiyənin hər bir seçilmiş hökuməti xalqın fikrinə qulaq asmalıdır... Biz İspaniyadan qaçan yəhudiləri qəbul etmiş bir xalqıq.
Biz İkinci Dünya Müharibəsi zamanı nasist zülmündən xilas olmuş yəhudiləri qarşılayan bir ölkəyik. “Bizim İsrail dövlətinin sionizmə əsaslanan ekspansionist siyasəti ilə bağlı problemimiz var”, - deyə Fidan “Əl-Cəzirə" telekanalına bildirib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17