Makron: "Heç kim Putini dayandırmasa..."
Dünya 02 Mart 2025, 15:44

1017
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, heç kim Putini dayandırmasa, o, Moldovaya, oradan da Rumıniyaya daxil ola bilər.
Citypost.az xəbər verir ki, bu barədə "La Tribune" yazır.
Fransa prezidenti əmin olduğunu bildirib ki, ABŞ və Ukrayna prezidentləri arasında mübahisədən sonra ABŞ-ın Ukrayna ilə dialoqu bərpa etməkdən başqa yolu yoxdur.
“Amerikalıların açıq-aşkar taleyi ukraynalıların yanında olmaqdır, mən heç şübhə etmirəm. ABŞ-ın son üç il ərzində gördüyü işlər onun diplomatik və hərbi ənənələrinə tam uyğundur, mən amerikalılara başa salmaq istəyirəm ki, Ukraynadan ayrılmaq onların maraqlarına uyğun deyil”, - media Fransa prezidentinin sözlərini sitat gətirib.
Eyni zamanda, Makronun fikrincə, prezidenti Vladimir Putinin rəhbərlik etdiyi Rusiya “Avropa üçün həmişəkindən daha çox ontoloji təhlükə yaradır”.
“Beləliklə, düşmənlə bağlı səhv etməyin. Təhlükəsizliyimiz risk altındadır”, - Makron əlavə edib.
Yeganə
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.
14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır
ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
14 Mart 2025, 17:17