Maskdan Zelenskiyə TƏKLİF: Hakimiyyətdən əl çək və Ukraynanı tərk et...
Dünya 04 Mart 2025, 13:00

508
"Volodimir Zelenski hakimiyyətdən getməli və Ukraynanı tərk etməlidir".
Citypost.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask bildirib.
“Nə qədər xoşagəlməz olsa da, Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində Zelenskiyə neytral ölkədə hansısa amnistiya təklif edilməlidir”, - Mask X-də yazıb.
Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı onlar arasında söz savaşı başlayıb, Tramp bu zaman Zelenskinin hörmətsiz münasibətinə diqqət çəkib, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib.
Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib, ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə sazişin imzalanması baş tutmayıb. Daha sonra Tramp Zelenskinin hörmətsizlik etdiyini və Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəyini ifadə etmədiyini vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.
14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır
ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
14 Mart 2025, 17:17