Bizə yazın

Baku

-°C

USD

-

Rusiya: Makron ən geci 2027-ci ilə qədər yox olacaq

Dünya 06 Mart 2025, 14:14

270

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev Fransa prezidenti Emmanuel Makronun ölkəsini Avropa üçün təhdid kimi təsvir etməsinə münasibət bildirib.

Citypost.az bu barədə "TASS"a istinadən xəbər verir.

"O, ən geci 14 may 2027-ci ildə əbədi olaraq yoxa çıxacaq",-deyə Medvedev bildirib.

Medvedev sosial media hesabında Rusiyanı Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Makrona cavab verib.

Makronun adını "Mikron" olaraq yazan Medvedev qeyd edib: " "Mikron"un özü təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də əbədi olaraq yoxa çıxacaq".

Xatırladaq ki, dünən xalqa müraciətində Makron Rusiyanın 2030-cu ilə qədər ordusunu 3 min tank və 300 döyüş təyyarəsi ilə daha da genişləndirməyi, 40 milyard avrodan çox xərcləməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid olaraq qaldığını bildirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66