Bizə yazın

Baku

-°C

USD

-

Fransa Rusiyanın 200 milyonunu Ukraynaya verir  

Dünya 09 Mart 2025, 12:30

540

Fransa dondurulmuş Rusiya aktivlərinə hesablanmış faizlərdən istifadə etməklə Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım edəcək.

Citypost.az xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu “La Tribune” nəşrinə müsahibəsində deyib.

“Əlavə yardım 155 mm-lik mərmilərin, eləcə də Ukraynanın “Miraj-2000” təyyarələri üçün AASM bombalarının çatdırılmasına imkan verəcək”, - Lekornu bildirib.

O əlavə edib ki, Fransa köhnəlmiş texnikanın, o cümlədən tank və zirehli maşınların Ukraynaya təhvil verilməsini sürətləndirir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66