Bizə yazın

Baku

-°C

USD

-

Əraqçi: “Hizbullah” İsrailin məğlubedilməzliyi haqqında mifi dağıtdı-

Dünya 28 Noyabr 2024, 16:51

670

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Livanın “Hizbullah” hərəkatı bir daha İsrailin məğlubedilməzliyi mifini dağıtdı.

Citypost.az bu barədə İranın "IRNA" agentliyinə istinadən xəbər verir.

İranın diplomatiya rəhbəri İsrailin baş naziri Benyamin Netanyahu rejimin Livanın cənubunda ağır itkilər verməsindən sonra atəşkəsə çağırdığını bildirib.

“Son bir ildə Netanyahu ABŞ-ın tam hərbi dəstəyi və siyasi himayəsindən istifadə edərək, hərbi cinayətlərini maliyyələşdirmək üçün Amerika vergi ödəyicilərindən on milyardlarla dollar qazanıb. Bununla belə, o, Livanın cənubunda verdiyi ağır itkilərdən sonra atəşkəs istəməli olub”, - deyə Əraqçi bildirib. “İsrailin Qəzzada da məğlubiyyətini qəbul etməsinin vaxtı çatıb”,-deyə o, əlavə edib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66