Bizə yazın

Baku

-°C

USD

-

Sisi Sallivanı qəbul etdi: Girov müzakirəsi...

Dünya 14 Dekabr 2024, 18:00

98

Misir Prezidenti Əbdülfəttah Sisi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanı qəbul edib. 

Citypost.az xəbər verir ki, bu barədə Misir liderinin mətbuat xidməti məlumat yayıb. 

Görüşdə Qəzzada radikallar tərəfindən saxlanılan girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla dəyişdirilməsi perspektivləri müzakirə olunub.

Bildirilib ki, görüş zamanı iki ölkənin Qəzzada atəşkəs və girovların mübadiləsinə dair razılaşma əldə etmək səyləri nəzərdən keçirilib. Qışın başlaması ilə əlaqədar sektorun əhalisinə humanitar yardımın göstərilməsi üçün təcili tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66