Aİ Suriyanın yeni hakimiyyət orqanlarından BUNU tələb edəcək...
Dünya 17 Dekabr 2024, 15:00

247
Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kalas bildirib ki, Rusiya hərbi bazalarından qurtulmaq Avropa İttifaqı ilə Suriyanın yeni hakimiyyət orqanları arasında dialoqun başlanmasının şərtlərindən birinə çevriləcək.
Citypost.az bu barədə "Reuters"-ə istinadən xəbər verir.
“Afrika və cənub qonşuları ilə münasibətlərdə fəaliyyətlərin həyata keçirildiyi stansiyadır. Avropanın təhlükəsizliyi baxımından da narahatlıq doğurur. Biz bu məsələni qaldıracağıq”, - Kalas Aİ xarici işlər nazirlərinin Brüssel görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ-nin bir çox nazirləri “Rusiyanın Suriyadakı təsirindən” qurtulmağın zəruriliyini dəstəkləyir. Bu məsələni Niderlandın Xarici İşlər Naziri Kaspar Veldkamp qaldırıb. “Rusiyanın Suriyadakı hərbi bazalarına gəlincə. Rusiyanın getməsini istəyirik”, - deyə o bildirib. Kalas həmçinin məlumat verib ki, Brüssel Suriyanın müvəqqəti hökuməti ilə əlaqə yaratmaq üçün Dəməşqə yüksək səviyyəli diplomat göndərib.
Rusiyanın Suriyada gələcək hərbi mövcudluğu sual altındadır. Noyabrın sonunda “Həyat Təhrir əl-Şam”dan olan suriyalı üsyançılar İdlib əyalətinə hücuma keçib və dekabrın 8-də Bəşər Əsədin devrilməsini elan edərək Dəməşqə çatıblar.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Rusiya 2015-ci ildə Əsədin tərəfində vətəndaş müharibəsinə müdaxilə edəndə Suriyada hərbi bazalar açmışdı. 2017 Moskva Suriya hökuməti ilə Hmeymidə hava bazası və Tartusda dəniz stansiyasının yerləşdirilməsi ilə bağlı təmənnasız olaraq, 49 il şərtlə müqavilə imzalayıb.
Üsyançılar hakimiyyəti ələ keçirdikdən sonra rus stansiyalarını işğal etmədilər. HTŞ-nin rəhbəri Məhəmməd əl-Culani bildirib ki, Suriya hakimiyyəti Rusiyaya bu ölkə ilə münasibətləri ümumi maraqlara xidmət edəcək şəkildə yenidən müəyyənləşdirmək imkanı verib.
Bloomberg-in mənbələrinə görə, Rusiya Suriyada hərbi mövcudluğunu saxlamaqla bağlı “müqavilə bağlamağa yaxınlaşır”. Reuters-in həmsöhbətləri bunu təsdiqləyiblər. Moskva stansiyalardan qoşunları çıxarmağı planlaşdırmır.
Kreml qeyd edib ki, Suriyada yeni hakimiyyət orqanları ilə hərbi obyektlərin taleyini müzakirə edirlər. Rusiya Xarici İşlər Nazirliyi əmindir ki, “ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmət münasibətləri bundan sonra da konstruktiv şəkildə inkişaf edəcək”.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.
14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır
ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
14 Mart 2025, 17:17