Bizə yazın

Baku

-°C

USD

-

ABŞ yaxın illərdə Britaniyada nüvə silahı quraşdıra bilər

Dünya 18 Dekabr 2024, 15:30

348

Yaxın illərdə ABŞ İngiltərənin şərqində, Suffolk qraflığında, Lakenheath hərbi bazasında taktiki nüvə silahı quraşdıra bilər.

Citypost.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ hazırda həmin aviabazada bir neçə milyon funt sterlinq dəyərində taktiki nüvə silahı anbarının tikintisi ilə məşğuldur və onun yaxın illərdə başa çatdırılması nəzərdə tutulur. Qəzetin yazdığına görə, Avropada 100-ə yaxın B61 Amerika nüvə bombası var və onlar NATO ölkələrində: Belçika, İtaliya, Hollandiya, Türkiyə və Almaniyada saxlanılır.

Qəzet qeyd edib ki, F-35 qırıcılarından atılan 150-yə yaxın belə bomba ABŞ-da yerləşir.

Qəzet vurğulayıb ki, Böyük Britaniya və Fransa öz taktiki nüvə silahlarının hazırlanması üçün ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə edirlər. Qəzetin yazdığına görə, London və Paris bu yolla Vaşinqtondan hərbi asılılığını azaltmaq istəyir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66