Bizə yazın

Baku

-°C

USD

-

Bayden və Papa arasında telefon danışığı olub

Dünya 20 Dekabr 2024, 12:21

286

ABŞ prezidenti Co Bayden və Roma Papası Fransisk telefon danışığında sülhün bərqərar edilməsi səylərini müzakirə ediblər.

Citypost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, Bayden və Papa Fransisk bayramlar zamanı dünyada sülhün bərqərar edilməsi səyləri haqqında danışıblar.

“Prezident dünyada iztirabların azaldılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində davamlı fəaliyyətinə görə Papaya minnətdarlığını bildirib”, - Jan-Pyer əlavə edib.

O, qeyd edib ki, Bayden gələn ay Papanın Vatikana səfər etmək dəvətini də qəbul edib. Ağ Ev dekabrın 19-da bildirib ki, Bayden 9-12 yanvar tarixlərində Romaya səfər edəcək, o, İtaliyanın baş naziri Giorgia Meloni, eləcə də Roma Papası ilə görüşəcək.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Plastik qəbulu dəniz quşlarında "Alzheimer"ə səbəb olur

Dəniz quşları plastik udmaqdan Alzheimer kimi beyin zədələnir, yeni bir araşdırma plastik çirklənmənin dəniz həyatına dağıdıcı təsirini daha da vurğulayır. Onlarla quş balasını Tasmaniya Universitetinin alimləri araşdırıb. Onların bir çoxunu valideynləri səhvən plastik tullantılarla qidalandırıblar və mədələrində çoxlu miqdarda plastik yığılıb.

14 Mart 2025, 15:44

Lukaşenko: "Trampa təşəkkür edirəm"

Belarus prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampa Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək etməyi qarşısına məqsəd qoyduğuna görə təşəkkür edib, lakin danışıqların gedişatını ayıq şəkildə qiymətləndirməyə çağırıb.

14 Mart 2025, 15:16

Aİ hərbi sənayenin bərpası üçün genişmiqyaslı layihə hazırlayır

Avropa İttifaqı (Aİ) ABŞ-ın Avropa təhlükəsizliyində onun rolunu minimuma endirmək istəyi fonunda Ukraynanı dəstəkləmək və Rusiyanı çəkindirmək məqsədi daşıyan hərbi-sənaye kompleksinə investisiyaların artırılması və hərbi istehsalın artırılması üçün nəhəng layihəyə başlamağa hazırlaşır.

14 Mart 2025, 15:00

"Bloomberg": ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi

Birləşmiş Ştatlar “səssizcə” və lazımsız reklam olmadan bəzi sanksiyaya məruz qalmış Rusiya banklarına münasibətdə enerji sektorunda əməliyyatlar üçün lisenziyaya xitam verdi və bununla da anti-Rusiya sanksiyalarını gücləndirdi.

14 Mart 2025, 14:44

"Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq"-Lukaşenko 

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, respublika yaxın gələcəkdə Rusiya Federasiyasının tərkibinə daxil olmayacaq.

14 Mart 2025, 14:30

Tramp: "Hələ də Kim Çen Inla yaxşı münasibətim var"

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla hələ də yaxşı münasibətlərə malik olduğunu bildirib.

14 Mart 2025, 14:14