Bizə yazın

Baku

-°C

USD

-

Nigeriyada Lassa qızdırması: 190 nəfər ölüb

Dünya 24 Dekabr 2024, 13:42

616

Bu il Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbindən 190 nəfər ölüb.

Citypost.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə Lassa qızdırması hallarında və ölümlərdə həyəcanverici artım olduğunu bildirib.

İdris bildirib ki, bu il ölkədə 9492 şübhəli Lassa qızdırması hadisəsi aşkarlanıb və onlardan 1154-ü testlərdə müsbət çıxıb. Bu il Lassa qızdırması epidemiyası səbəbiylə 190 nəfərin həyatını itirdiyini bildirən İdris, epidemiyaya bağlı ölüm nisbətinin daim yüksək olaraq qaldığını bildirib. Hökumət ölkə daxilində epidemiyaya görə 3 dərmanın müəyyən edildiyini açıqlayıb.

İlk dəfə 1969-cu ildə Borno əyalətində aşkarlanıb

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb. Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan etdi. Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur. Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66