Türkiyə Hələbdə konsulluq açacaq
Dünya 25 Dekabr 2024, 16:12

145
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Hələbdə Türkiyənin Baş Konsulluğunun açılacağını, Ankaranın yeni Suriya hökumətinə hər sahədə dəstəyini davam etdirəcəyini açıqlayıb.
Citypost.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.
“Biz Dəməşqdəki səfirliyimizi yenidən açmışıq və tezliklə Hələbdə baş konsulluğumuzu açacağıq. Suriyanın yeni administrasiyasının rəhbərinin hakimiyyət dəyişikliyi zamanı prosesi çox yaxşı idarə etdiyini, onun mülayimliyi və konstruktivliyinin yüksək qiymətləndirildiyini görürük. Biz Suriyaya enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər ehtiyacı olan hər şeydə dəstək verəcəyik.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Biz yeni hakimiyyətə kömək edəcəyik ki, Suriya şəfa tapsın, potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan versin”, – deyə Ərdoğan parlamentdə hakim “Ədalət və İnkişaf” fraksiyasında çıxışı zamanı deyib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.
14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır
ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
14 Mart 2025, 17:17