Berbok: "Suriyaya yardımın verilməsi qadınların hüquqlarına hörmətdən asılıdır"
Dünya 06 Yanvar 2025, 12:12

176
Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, yeni hakimiyyət altında Suriyaya yardımın verilməsi məsələsi qadınların hüquqlarına hörmətdən asılıdır.
Citypost.az bu barədə "Reuters.com"a istinadən xəbər verir.
"Əgər qadınlar Suriyada təhlükəsiz deyillərsə, buna ehtiyacı olan milyonlarla yaxşı təhsilli kişi və qadın ölkəni yenidən qurmaq üçün xaricdən heç vaxt vətənlərinə qayıtmayacaqlar".
Berbok əmin edib ki, Aİ Suriyaya islamçı strukturlar üçün pul göndərməyəcək. “Mən bunu Heyət Təhrir əş-Şam liderlərinə daha aydın şəkildə bildirdim”,-deyə o, əlavə edib.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Nazir iddia edib ki, onun müdafiə etdiyi feminist siyasətlərin niyə bu qədər vacib olduğu məhz Suriyada aydın olur.
"Qadınların hüquqları nə qədər sıxışdırılırsa, bütövlükdə cəmiyyət bir o qədər avtoritar və radikallaşır", - XİN rəhbəri hesab edir.
"Əhalinin yarısının hüquqlarını inkar edən hər kəs çətin ki, etnik və dini qruplara hörmətlə yanaşsın və heç vaxt ölkənin iqtisadi potensialından istifadə edə bilməyəcək", - Berbok deyir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.
14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır
ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.
14 Mart 2025, 17:17