Bizə yazın

Baku

-°C

USD

-

"Suriya kürd yaraqlılarından silahlarını yerə qoymağı tələb edir"-Hürriyət

Dünya 06 Yanvar 2025, 16:13

175

Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarından heç bir şərt olmadan silahlarını yerə qoymağı tələb ediblər.

Citypost.az xəbər verir ki, bu barədə Türkiyənin hökumət dairələrinə yaxın “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu məsələnin həlli çərçivəsində Dəməşq və PKK nümayəndələri arasında iki görüş keçirilib. Bu danışıqlarda PKK və onun Suriya qanadı Xalq Müdafiə Qüvvələrinin (SDQ) emissarları öz şərtlərini irəli sürməyə çalışıblar.

Onlar formalaşmaqda olan Suriya ordusunun tərkibində onlar üçün diviziya və ya korpus yaradılmasını, həmçinin hazırda ABŞ-la birgə nəzarət etdikləri Suriyanın şimalındakı neft yataqlarından əldə olunan gəlirin bərabər şəkildə bölüşdürülməsini tələb ediblər.

Bununla belə, qəzetin köşə yazarı Abdelkadir Selvinin yazdığı kimi, Suriya hakimiyyəti silahlıların qeyd-şərtsiz tərksilah edilməsini müzakirə etməkdən və təkid etməkdən qəti şəkildə imtina edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yanvarın 4-də qəti xəbərdarlıq edib. O, “PKK-nın silahı yerə qoymaqdan başqa çarəsi yoxdur” dedi. Onun sözlərinə görə, silahlıların yalnız iki yolu var: “ya silahlarını torpağa basdıracaqlar, ya da onlarla birlikdə basdırılacaqlar”.

Türkiyə ilə PKK arasında qarşıdurma 1984-cü ildən davam edir. Ankara təşkilatı milli təhlükəsizliyə ciddi təhdid hesab edir və son onilliklər ərzində öz ərazisində və qonşu İraq və Suriyada silahlılara qarşı müntəzəm əməliyyatlar həyata keçirir.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təkcə son bir ildə qonşu ölkələrdə keçirilən hərbi əməliyyatlar zamanı Türkiyə qüvvələri üç mindən çox PKK döyüşçüsü məhv edib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17