Bizə yazın

Baku

-°C

USD

-

BMT Livanla bağlı xəbərdarlıq edib

Dünya 26 Yanvar 2025, 21:11

202

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin komandanı general Haroldo Lasaro Saenz İsrailin sərhəd bölgələrini atəşə tutması nəticəsində mülki əhali arasında itkilərdən narahat olduqlarını bildiriblər.

Bu barədə tərəflərin birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, BMT sülhməramlıları Livan silahlı qüvvələrinin tələbi ilə insidentlərin baş verdiyi və mülki əhali arasında itkilərin olduğu bölgələrə göndərilib:

“Biz İsrail əsgərlərinin hələ də olduğu şəhər və kəndlərə mülki əhalinin gəlməsi ilə bağlı xəbərlərdən narahatıq. 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulan müddətə əməl edilmədiyindən onların sərhədboyu ərazilərə təhlükəsiz qayıtması üçün şərait yaradılmayıb. Vəziyyətin pisləşməməsi zəruridir və biz əhalini Livan Ordu Komandanlığının onların həyatlarını qorumağa yönəlmiş göstərişlərinə əməl etməyə çağırırıq”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BMT Təhlükəsizlik Şurası Suriyadakı zorakılığı pisləyən bəyanatla razılaşıb

BMT Təhlükəsizlik Şurası üzvlərinin Suriyanın sahilyanı bölgələrində zorakılığı pislədiyi bəyanat layihəsi üzərində razılaşıb.

14 Mart 2025, 13:30

Rusiya, Çin və İran qeyri-qanuni sanksiyaları ləğv etməyə çağırır

Rusiya, Çin və İran qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyə çağırır.

14 Mart 2025, 12:12

Putinin atəşkəs təkliflərindən sonra Zelenski yeni sanksiyalar tələb edib

Kiyev rejiminin başçısı Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin 30 günlük atəşkəs ideyasına verdiyi cavabdan qane olmayıb və o, Ukraynanın müttəfiqlərindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi tələb edib.

14 Mart 2025, 12:00

Sorğu: Zelenski yenidən ukraynalıların populyarlığını qazandı  

"Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi".

13 Mart 2025, 18:30

"Ukrayna çətin ki, atəşkəsə razı olsun"-Belarus prezidenti

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.

13 Mart 2025, 18:18

Kanada Trampın təhdidlərinə baxmayaraq, ABŞ-dan bəzi "HIMARS" almaq istəyir

Kanadanın silahlı qüvvələri ABŞ prezidenti Donald Trampın şimal qonşusunu ABŞ-ın 51-ci ştatı etmək tələblərinə baxmayaraq, ölkə hökumətinə ABŞ-dan bir neçə HIMARS raket buraxılış qurğusu almağı təklif edir.

13 Mart 2025, 18:00