Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-da yeni TikTok idarəetmə şirkəti yaradıla bilər

Dünya 27 Yanvar 2025, 12:22

345

 

Süni intellekt texnologiyalarını inkişaf etdirən “Perplexity AI” şirkəti “NewCo” holdinqinin yaradılmasını nəzərdə tutan qısa videoların yaradılması və baxılması xidməti TikTok ilə birləşmək üçün yeni təkliflə çıxış edib.

Citypost.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Perplexity AI artıq yeni şərtləri həm TikTok-un sahibi olan Çinin ByteDance şirkətinə, həm də potensial investorlara göndərib. Yeni bir holdinq şirkəti olan NewCo yaratmaqdan əlavə, təklif ABŞ hökumətinə platformada 50 faiz paya sahib olmaq imkanı verəcək.

Perplexity AI ilk dəfə yanvarın 19-da TikTok əldə etmək istəyini açıqladı. Orijinal təklif TikTok səhmdarlarına öz səhmlərini saxlamağa və Kaliforniyada yerləşən Perplexity AI-yə xidmətin videolarına giriş imkanı verərdi. İndi güman edilir ki, TikTok səhmdarları yeni holdinqdə səhm ala biləcəklər.

ABŞ prezidenti Donald Tramp şənbə günü yaxın 30 gün ərzində ABŞ-da TikTok-un taleyi ilə bağlı qərar vermək niyyətində olduğunu açıqlayıb. ABŞ prezidenti həmçinin bildirib ki, o, TikTok-un alınmasını “çox nüfuzlu insanlarla” müzakirə edir. Trampın sözlərinə görə, bu sosial şəbəkənin amerikalı istifadəçilər üçün saxlanması ABŞ üçün iqtisadi baxımdan faydalı olacaq.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17