Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstan prezidenti ABŞ-la münasibətlərdə yeni başlanğıca ümid edir

Dünya 31 Yanvar 2025, 16:55

204

Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır və ABŞ prezidenti Donald Trampın bu məsələdə hansı mövqe tutacağını gözləyəcək.

Citypost.az xəbər verir ki, bu barədə respublika prezidenti Mixail Kavelaşvili İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Tramp və komandası dəfələrlə bəyan ediblər ki, sülh onların prioritetidir. Gürcüstanın öz adət-ənənələrini qorumaq üçün müdafiə etdiyi dəyərlər də Trampınki ilə üst-üstə düşür. Bu, bizə yeni başlanğıc üçün ümid verir”.

Siyasətçi qeyd edib ki, Avropa İttifaqı ilə münasibətlərdə də oxşar proseslər baş verməlidir. O, vurğulayıb ki, hər bir ölkə öz maraqlarından çıxış edə bilməlidir.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın yeni prezidenti Donald Trampın “dərin dövlət”ə qarşı mübarizədəki hərəkətlərini dəstəkləyib, həmçinin liberal faşizmi pisləyib. Onun sözlərinə görə, Trampın “dərin dövlət”lə mübarizə planı sülhün təmin olunmasına, düzgün və sağlam dəyərlərin yayılmasına kömək edəcək.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17