"Google" Çinin hədəfindədir
Dünya 04 Fevral 2025, 17:17

454
Çin və ABŞ arasında artan iqtisadi və texnoloji rəqabətin və ticarət gərginliyinin son qurbanlarından biri ABŞ və dünyanın ən böyük internet şirkətlərindən biri olan "Google" oldu.
Citypost.az bu barədə "Bloomberg"-ə istinadən xəbər verir.
Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi, antiinhisar qaydalarını pozduğu üçün "Google"-a qarşı istintaq başladıldığını açıqladı. ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi əlavə 10 faizlik gömrük rüsumuna cavab olaraq Pekin administrasiyası tərəfindən görülən bir sıra ehtiyat tədbirləri ilə birlikdə şirkətlə bağlı araşdırma elan edilib. Google-un hansı hərəkətlərə görə araşdırıldığı ilə bağlı hələlik heç bir açıqlama verilmir.
Çində Google-a giriş yoxdur
İnternetdə ciddi məzmun nəzarətinin həyata keçirildiyi Çində Google-un axtarış sisteminə və onun əsas biznes xətti olan digər xidmətlərə giriş bloklanıb. Şirkət 2010-cu ildə Çindəki əsas fəaliyyətini dayandırsa da, hələ də xaricdə reklam satışından gəlir əldə edir. İnformasiya saytı şirkətin 2018-ci ildə Çindən əldə etdiyi gəlirin 3 milyard dollara çatdığını bildirib.
Həmçinin oxuyun
Çin hökuməti bu gün Trampın tarif artımına qarşı bir sıra tədbirlər elan edib. ABŞ-dan gətirilən bəzi məhsullara 10-15 faiz əlavə gömrük rüsumunun, kritik minerallara isə ixrac nəzarətinin tətbiq ediləcəyi bildirilib. Digər tərəfdən, ABŞ-ın hazır geyim qrupu PHV və biotexnologiya şirkəti Illumina, "Çin şirkətlərinə qarşı ayrı-seçkilik tətbiq etdikləri" üçün "etibarsız varlıq" siyahısına daxil edilib.
Nvidia-ya qarşı antiinhisar araşdırması başladılıb
Keçən il Çində ABŞ-ın çip istehsalçısı Nvidia-ya qarşı antiinhisar qaydalarını pozduğu səbəbilə araşdırma başladılıb. ABŞ-ın keçmiş prezidenti Co Baydenin çip sənayesində Çinə tətbiq etdiyi əlavə məhdudiyyətlərdən sonra başlayan istintaqın Nvidia-nın İsrailin çip dizayn şirkəti Mellanox Technologies-i satın almasının Çinin Antiinhisar Qanununu pozduğu şübhəsi ilə başladığı bildirilib. 2023-cü ildə Pekin administrasiyası ABŞ-ın yaddaş çipi istehsalçısı Micron Technologies-ə qarşı kibertəhlükəsizlik araşdırması başlatdı və araşdırma nəticəsində şirkətə kritik infrastruktur layihələrini həyata keçirən Çin şirkətlərinə çip və inteqral sxemlərin satışı qadağan edildi.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Obama faşist idi?
Keçmişdən üzə çıxan bir video görüntüsü ABŞ-ın sabiq prezidenti Barak Obama-nın 2011-ci ildə başladığı "İsrafın Qarşısını Alma Kampaniyası"nı yenidən gündəmə gətirib. Həmin vaxt Obama və vitse-prezident Co Baydenin rəhbərliyi ilə aparılan bu təşəbbüs hökumət xərclərini azaltmağı və lazımsız büdcə itkilərinin qarşısını almağı hədəfləyirdi.Citypost.az xəbər verir ki, videoda Obama hökumətin meşə mühafizəçiləri üçün yaratdığı bir vebsaytı tənqid edərək, "Musiqilərini iPod-uma yükləyərəm, amma onların internet trafikinə pul ödəmərəm" ifadəsini işlədir.Obama və DOGE MübahisəsiMəşhur iş adamı İlon Mask Obama-nın çıxışını paylaşaraq, onun hökumət israfçılığına qarşı gördüyü tədbirləri bu gün tətbiq olunan DOGE (Defund Overgrown Government Entities) təşəbbüsü ilə müqayisə edib. Qeyd edək ki,...
16 Mart 2025, 18:53

“Amerikanın səsi” bağlandı
“Amerikanın səsi”nin 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib və radiostansiyanın özü susub.Bu barədə radiostansiyanın direktoru Maykl Abramovits məlumat verib.O, “LinkedIn” sosial şəbəkəsində qeyd edib:“Məşhur “Amerikanın səsi”nin 83 ildə ilk dəfə susması məni çox kədərləndirib. Bu səhər öyrəndim ki, “Amerikanın səsi”nin faktiki olaraq bütün işçiləri - 1300-dən çox jurnalist, prodüser və yardımçı heyət inzibati məzuniyyətə buraxılıb. Elə mənim kimi”.ABŞ prezidenti Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Amerikanın səsi” radiostansiyasına nəzarət edib və maliyyələşdirib....
16 Mart 2025, 09:40

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir
Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.
14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək
Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.
14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var
Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.
14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib
ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.
14 Mart 2025, 17:45