Bizə yazın

Baku

-°C

USD

-

Zaxarova girovların vəziyyətini qiymətləndirməyi İsrail səfirinin öhdəsinə buraxıb

Dünya 10 Fevral 2025, 17:14

338

İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperinin Qəzzada girovların azad edilməsində Moskvanın töhfəsini qərəzli qiymətləndirməsi təəccüb doğurur.

Citypost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Qəzza zolağında girov saxlanılan Rusiya vətəndaşı Aleksandr Trufanovun azad edilməsinə dair razılaşmaların İsrail hakimiyyətinin müstəsna xidmətləri olduğunu və Moskvanın atdığı addımların heç də uğurlu olmadığını iddia edən Qalperinin bəyanatlarını şərh edib.

“Bunun fonunda səfir S.Qalperinin girovların azad edilməsində Rusiyanın töhfəsini qərəzli qiymətləndirməsi, yumşaq desək, təəccüblüdür, amma gəlin bunu, necə deyərlər, onun vicdanına buraxaq”, - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Zaxarovadan sitat gətirir.

Zaxarova xatırladıb ki, Fələstin hərəkatının nümayəndələri ilə bir neçə ay davam edən danışıqlarda Moskva israrla bütün həmvətənlərinin tezliklə geri qayıtmasına çalışıb.

“Bizim üçün bu humanitar prioritet sahədə iş zamanı əldə edilmiş konkret nəticələr İsrail rəhbərliyini HƏMAS hərəkatı ilə qarşılıqlı əlaqəmizə dair mənfi təsəvvürlərini dəyişməyə sövq etdi”, - diplomat bildirib.

O vurğulayıb ki, Rusiya nəinki Trufanovun və Donbaslı Maksim Xarkinin, eləcə də bütün digər girovların tezliklə vətənə qayıtmasını israrla davam etdirəcək.

Bundan əvvəl “Rossiya 24” telekanalına eksklüziv müsahibəsində Rusiya Federasiyasının İsraildəki fövqəladə və səlahiyyətli səfiri Anatoli Viktorov bildirib ki, Rusiya 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS silahlıları tərəfindən əsir götürülən Trufanovun vaxtından əvvəl azad ediləcəyinə ümid edir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17