Bizə yazın

Baku

-°C

USD

-

Çin Avstraliyaya xəbərdarlıq edib

Dünya 13 Fevral 2025, 19:41

338

Çin Avstraliyaya məxsus hərbi təyyarənin Çinin hava məkanına qəsdən müdaxiləsi ilə bağlı Avstraliyaya ciddi narazılığını bildirib.

Bu barədə Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Ciakun bildirib.

O bəyan edib ki, Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Sişa adaları üzərində Çinin hava məkanına daxil olub və bu, Çinin suverenliyinin pozulması, ölkənin milli təhlükəsizliyinə təhdiddir.

“Çinin təyyarəni öz hava məkanından çıxarmaq üçün atdığı addımlar haqlı, qanuni, peşəkar və təmkinli addımlardır”, - XİN rəsmisi vurğulayıb.

Diplomat, həmçinin qeyd edib ki, Çin Avstraliyaya bu məsələ ilə bağlı ciddi xəbərdarlıq edib, qarşı tərəfdən ölkənin suverenliyinə qəsd etməyi, Cənubi Çin dənizində sülh və sabitliyə xələl gətirən təxribat və hərəkətləri dayandırmağı tələb edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17