Bizə yazın

Baku

-°C

USD

-

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya 16 Fevral 2025, 10:27

361

Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə  yerli G1 telekanalına istinadən məlumat verir.

Məlumata görə, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub.

Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub.

Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66